PortBaku Kompleksində əcaib qadağa - FOTOFAKT

 

Vətəninfo.az-a PortBaku Yaşayış Kompleksində yaşayan sakinlərin verdikləri məlumata görə,yaşayış kompleksində yaşayan sankinlərdən təqribən 30-dan çoxu ev hevvanına,konkret desək müxtəlif cinsli itlərə sahibdirlər.Verilən məlumata görə, burda yaşayan mənzil sahibləri hər gün axşam saat 18:00-dan 20:00-dək itlərini kompleksin parkında gəzintiyə çıxarsalarda,artıq bir müddətdir kompleks rəhbərliyinin itlərə qarşı olan mənfi münasibəti üzə çıxıb.Belə ki, kompleksin administratoru Fuad adlı şəxsin göstərişi ilə parkın girinşinə,eyni zamanda da parkın içərisində "itlərin girişi qadağandır” nişanısi qoyulub.Hətta 18 oktyabr tarixindən hər hansı bir kompleks sakini iti ilə parka düşəcəyi təqdirdə 300 AZN cərimə olunacağı ilə bağlı elan vurulub.

Sakinlər bununla bağlı etirazlarını andministratora bildirdikdə onlara "Rəhbərliyin göstərişidir”-deyə cavab verilir.Sakinlər qeyd edirlər ki, onlar kompleksdə mənzil alan zaman müqavilə bağlayıblar və müqavilədə yalnız binaların eyvanında manqal yandırmaq,mənzillərin eyvanında (palkonlarda) ümumi mənzərəyə xələl gətirilməsi əsas tutularaq paltar aslıması ilə bağlı qadağalara qol çəkiblər.Amma müqavilədə parkda it gəzdirilməsi ilə bağlı hansısa bir qadağalar yer almayıb.Sakinlər PortBaku rəhbərliyinin bu addımını mənzil sahiblərinin hüquqlarının pozulması ilə yanaşı,eyni zamanda heyvan haqlarının pozulması kimi qiymətləndirirlər.Redaksiyamıza olunan bu şikayətlə bağlı əməkdaşımız PortBaku Yaşayış Kompleksində olub və yerindəcə deyilənlərlə şahid olub.

İlk olaraq qeyd edək ki,doğurdan da kompleksin gəzinti parkının girişində itlərin girişinə qadağa qoyulan elan vurulub.Bundan başqa parkın içərisində də üzərində itlərin girişi qadağandır nişanları müxtəlif yerlərə vurulub.

PortBaku sakinləri bildirirlər ki,onlar hər ay kv.m 2 AZN-dən kamunal haqlar ödəyirlər və bu kompleksdə elə mənzillər vardır ki, mənzillərin kv.m böyük olduğundan ödədikləri kamunal xərclər 300-350-400 AZN-nə qədər təşkil edir.Amma bunun müqabilində onlar yaşadıqları kompleksin parkında itlərini gəzdirmə hüququndan məhrum edilirlər.Eyni zamanda əməkdaşımız bu məlumatıda əldə edib ki, kompleksdə ev heyvanı saxlayan,konkret it saxlayan 30-dan çox sakin Fuad adlı adminstratora ərizə ilə belə müraciət ediblər.

Əməkdaşımızın əldə etdiyi qeyri-rəsmi məlumata görə, itlərin kompleksin parkında gəzməsinə qadağa qoyulmasında bu kompleksdə mənzil sahibi olan,yəni sakin olan rayon məhkəmələrinin birinin qadın hakimidir.Onun itlərin parkda gəzintisini qadağan olunması ilə bağlı kompleks rəhbərliyinə şikayət etdiyi iddia edilir.Eyni zamanda belə bir iddia da vardır ki, kompleksin parkının təmizliyinə və qorunmasına məsul olan şəxslər işlərini,yəni parkın qorunmasına normal yanaşmadıqlarından və parkda qurumuş ağac yarpaqları və digər təmizlik işlərin vaxtında görmədikləri üçün zaman-zaman kompleks rəhbərliyinin qəzəbinə tuş gəlirlər.

Parka məsul olan şəxslər də günahlarını ört-bassır etmək üçün günahı itlərin boyununa atırlar.Bütün hallarda dünyada heyvan hüquqlarının qorunması ilə bağlı davamlı humanist qərarlar qəbul olunduğu halda,paytaxt Bakının mərkəzində PortBaku YK-nin parkında itlərə qadağa qoyulması doğurdan da insani dəyərlərə uyğun gəlmir.Qeyd edək ki,əməkdaşımız YK-nin parkında yalnız tək dovşana rast gəlib və bu dovşanında kompleksdə yaşayanlardan birinin buraxdığı deyilir.Yaxşı ki,bu dovşanı psrkdan çıxarmırlar bunun özü də böyük şeyddi.

Əməkdaşımız YK-nin administratoru olduğu deyilən Fuad adlı şəxsin mobil telfonuna zəng edib baş verən bu qadağa ilə bağlı münasibət öyrənmək istəsə də Fuad müəllim telfonu açmayıb.

Redaksiya olaraq PortBaku YK-nin mövqeini də dərc etməyə hazırıq.

PortBaku Kompleksində əcaib qadağa
PortBaku Kompleksində əcaib qadağa
PortBaku Kompleksində əcaib qadağa

0.20159196853638