Hökumət “Yol terroru”nu durdurmaq üçün hərəkətə keçir

 

“Yol Hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”: Hədəflər və görüləcək işlər  

 Günümüzün aktual problemlərindən biri yollarda insan ölümünün sayının həddindən çox olmasıdır. Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatına görə, il ərzində bir milyon iki yüz əlli min insan yollarda baş verən qəzalar zamanı dünyasını dəyişir. Bu da hər otuz saniyədə bir insanın həlak olması deməkdir. Bu problem respublikamız üçün də xarakterikdir. Ötən ilin statistikası göstərir ki, azı 1000 vətəndaşımız “yol terroru”nun qurbanı olub, daha neçə min insan müxtəlif bədən xəsarəti alıb ki, onlardan çoxu faktiki iş qabiliyyətini itirərək əlil olub. Getdikcə artan bu rəqəm əlbəttə ki, hökuməti narahat etməyə bilməzdi. Məhz buna görə də Azərbaycan hökuməti bu problemi çözmək üçün ayrısa proqram qəbul etməyə qərar verib. Nəqliyyat məsələləri üzrə mütəxəssis, “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənova “Yol Hərəkətinin Təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”adlı sənədin mahiyyətini açmaq üçün müraciət etdik.

 -Azər müəllim sizcə yol hərəkəti ilə bağlı islahatlar yol qəzalarında baş verən ölüm hallarının sayını azalda biləcəkmi? 

 “Bəli, qəbul olunmuş poqramın əsas hədəfi məhz ölüm sayının azaldılmasıdır. Dövlət proqramının icrasından bəzi gözləntilər var ki, onlar həmin proqramda öz əksini tapıb.  Proqramda qeyd olunur ki, Dövlət proqramında müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində 2013-2017-ci illərlə müqayisədə 2023-cü ilin sonunadək aşağıdakı hədəflərə çatmaq nəzərdə tutulur:

  1. Yol-nəqliyyat hadisələrində ölüm sayının 30% azaldılması.
  2. Yol-nəqliyyat hadisələrində sağlamlığına ağır və ya az ağır zərər vurulan şəxslərin sayının 30% azaldılması.
  3. Yol-nəqliyyat hadisələrinin ümumi sayının 30% azaldılması.
  4. Yol-nəqliyyat hadisələrində uşaq ölümü hallarının 50% azaldılması.

Bunlar konkret olaraq ölüm sayının azaldılmasına xidmət edən müəyyən olunmuş hədəflərdir. Dövlət proqramında əsas məqsəd yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölüm hallarının və sağlamlığa zərər dəyməsi ilə nəticələnən hadisələrin sayının, habelə ölkə iqtisadiyyatına və ekalogiyasına dəyən zərərin sayının və həcminin azaldılması üçün zəruri tədbirlər görməkdən ibarətdir. Yəni məqsəd konkret olaraq ölkənin iqtisadiyyatına və ekalogiyaya dəyən ziyanın həcminin azaldılmasıdır. Təbii ki, bu konteksdə əsas diqqət yönəlir təhlükəsiz yol-hərəkət sisteminin yaradılmasına.  Təhlükəsiz yol hərəkəti sisteminin yaradılması özündə müəyyən məqsədlər ehtiva edir. Bunlar aşağıdakılardır:

Yol hərəkəti təhlükəsizliyində idarəetmənin təkmilləşdirilməsi.
Yol hərəkəti təhlükəsizliyi sahəsində müasir innovativ metodların tətbiq edilməsi.
Yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən müvafiq modellilik strategiyasının hazırlanması.
Qəza təhlükəsi zamanı və qəzadan sonrakı israf etmə xərcinin, təcili və təxirəsalınmaz tibbi yardım fəaliyyətinin əlaqələndirilməsi və təkmilləşdirilməsi.
Yol hərəkəti təhlükəsizliyi sahəsində ictimai iştirakçılığın təmin edilməsi, xüsusilə də vətəndaş cəmiyyəti institutlarının bu prosesdə fəal iştiraka təşviq edilməsi.
Yol hərəkəti və nəqliyyatdan istifadə mədəniyyətinin artırılması.

Fikir verirsinizsə, bütün nəzərdə tutulan məqsədlər əslində o proqramın müəyyən etdiyi hədəflərdir ki, biz onun icrasından nə əldə etmək istəyirik. Həyata keçiriləcək bu dövlət proqramında əsas beş istiqamət götürülür.
Yol hərəkətinin təhlükəsizlik tədbirlərinin idarə edilməsi sisteminin qorunması, təhlükəsiz yollar və yol hərəkətinin təşkil edilməsi, təhlükəsiz nəqliyyat vasitələrinin təşkil edilməsi və istifadəyə verilməsi, təhlükəsiz yol hərəkəti iştirakçılarının davranışı, onların təlimi ilə bağlı müəyyən tədbirlər.
Əsas beş istiqamət götürülür və hər istiqamət üzrə konkret olaraq həyata keçirilə biləcək məsələlər nəzərdə tutulur. Proqram kifayət qədər genişdir mə bu proqramda çoxsaylı yeniliklər var. Beş il ərzində nəzərdə tutulan sözügedən proqramın icrası ümumiyyətlə yol infrastrukturunda, təhlükəsiz yollar konsepsiyasında yeniliklərin geniş şəkildə tətbiq edilməsinə gətirib çıxaracaq. Təbii ki, bunların arasında daim gündəmdə saxlanılan bəzi məsələlər də var. Misal üçün, həmişə deyilir ki, idarəetmə sistemində vahid dövlət siyasətini formalaşdıran və həyata keçirilməsi üçün şərait yaradan konkret fəaliyyətlərin icra olunması. Söhbət vahid əlaqələndirmə sisteminin etkisiz şəkildə qurulmasından gedir. Uzağa getməyək, bəzi hallarda yollarda təmir-tikinti işləri aparılır və çox zaman KİV-də də doğru olaraq qeyd olunur ki, burada ayrı-ayrı strukturlar əlaqələndirilmiş şəkildə iş görmür. Bəzən görürsən bu gün yol çəkilir, başqa gün həmin yol yenidən qazılır və  kommunikasiya xətti çəkilir, yaxud “AzərSu” gəlir orada hansısa işlər aparır. Halbuki həmin yol yenicə istifadəyə verilib. Belə bir şəraitdə təbii ki, sual yaranır- olmazmı bunu əlaqələndirilmiş şəkildə həyata keçirsinlər. Faktiki olaraq bu dövlət proqramı bu kimi xoşagəlməz məsələləri özündə ehtiva edir.
İdarəetmədə vacib, eyni zamanda önəmli məsələ vahid elektron analitik məlumat bazasının və elmi tədqiqat mərkəzinin yaradılması, o cümlədən ictimai iştirakçılığın təmin edilməsidir.

Daşımaların, nəqliyyat növləri üzrə bölüşdürülməsində müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsini təmin etmək

 Bunlar tramvay, sərnişin və yükdaşımalarda yeni istifadə olunan nəqliyyat vasitələri,avtonomsuz, yəni sürücüsüz idarə olunan avtomobillərin istifadəyə verilməsi, velosiped yollarının çəkilməsi, təhlükəsiz yollar və yol hərəkətinin təşkili istiqamətidir ki, burada sürət həddinin optimallaşdırılması, sürət həddini aşan sürücüləri məlumatlandıran tabloların yaxud xüsusi cihaz sisteminin tətbiq edilməsidir. Bundan başqa, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə sürət məhdudiyyətinin müəyyən edilməsi, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, avtomobil  yollarının buraxma qabiliyyətinin yükləndirilməsi və bunun kimi vacib məsələlərin həyata keçirilməsidir. İctimai nəqliyyat üçün xüsusi zolaqlar, Bakı ətrafı qəsəbələr üçün avtobusların istifadəyə verilməsi və sairə. Bütün bunlar yol hərəkətinin təşkili istiqamətində həyata keçirilən məsələlərdir. Digər istiqamətlərdə də yeniliklər var və düşünürəm ki, zaman-zaman bu yeniliklər KİV-lər tərəfindən xüsusilə diqqətdə saxlanılmalıdır.

-Bəzi hallarda məktəblilərin avtomobillə vurulması xəbərlərinə də rast gəlirik

Bəli, belə halların sayının minimuma endirilməsi üçün ilk növbədə məktəblərdə yol hərəkətinin təhlükəsizliyinə dair maarifləndirmə işlərinin həyata keçirilməsini tədris vasitəsilə reallaşdırmaq lazımdır. El arasında belə bir məsəl var:Müdrik bir insanın yanına kiçik yaşlı uşaq gətirib ondan xahiş edirlər ki, həmin uşağı tərbiyə etsin. Müdrik adam körpənin yaşını soruşur-beş yaşı var deyirlər. Müdik adam deyir ki, bu uşağın tərbiyəsi üşün gecikmisiniz. Bu misalı ona görə çəkirəm ki, yəni uşaq özünü dərk edəndən yol hərəkəti qaydalarına dair mütləq məlumatlandırılmalıdır. Çünki valideyin yaxud müəllim  24 saat ərzində uşağın yanında olmur, onlar günün müəyyən saatlarda yolda, həyətdə tək də ola bilərlər. Uşaqların kifayət qədər məlumatlı olmaları üçün beynəlxalq praktikadan keçmiş tədris üsullarından istifadə etmək lazımdır. Əvvəllər Bakıda bir neçə yerdə uşaq avtoşəhərcikləri var idi. Orada uşaqlara yol hərəkəti qaydalarını öyrədirdilər. İndi o yerlərdən yalnız biri qalıb. Bu avtoşəhərcik indi “ 1 saylı Uşaq Yaradıcılıq Mərkəzi”nin nəzdində fəaliyyət göstərir. Düşünürəm ki, Bakı şəhərinin müxtəlif yerlərində həmin modelə uyğun uşaq şəhərciklərinin yaradılmasına ehtiyac var. Çünki həmin əraziyə daxil olan məktəblərin uşaqları o şəhərcikdə praktik biliklərini inkişaf etdirə bilər. Bu olduqca vacib məsələdir və dövlət proqramında da öz əksini tapıb. Yaxud sürücülük kursları, imtahan prosesi, hazırlıq mərkəzləri, bunlar da xüsusi diqqət mərkəzindədir və zaman-zaman sürücülük kürsları və sürücülük vəsiqələrinin alınması üçün olan imtahanlarla bağlı çoxsaylı məsələlər KİV-lərdə müzakirəyə çıxarılır və birmənalı qarşılanmır. 

 Qəza sonrası tədbirlər

Bəzən belə hallara rast gəlirik ki,qəzada ağır yaralanmış şəxsə vaxtında ilkin tibbi yardım göstərilmədiyi üçün həyatını itirir. Sizsə roblemi aradan qaldırmaq üçün nə etmək lazımdır?

Bəzən baş verən qəzaların görüntüləri əks olan vieolarda rast gəlirik- qəza şahidi danışır ki, hadisə yerinə çağırdığımız təcili tibbi yardım vaxtında gəlmədiyindən zərərçəkmiş vətəndaş dünyasını dəyişdi və sairə. Təbii ki, bu xoşagələn hal deyil, lakin burada müxtəlif səbəblər ola bilər. Dövlət proqramında qəza sonrası tədbirlər istiqamətində vahid çağrı mərkəzi yaradılsın və vahid çağrı mərkəzində qəzadan sonrakı prosesə cəlb olunacaq aidiyyatı strukturlar-Dövlət Yol Polisi, Təcili Tibbi Yardım, Fövqalədə Hallar Nazirliyinin aidiyyatı qurumları- bunlar arasında əlaqələndirilmiş icra mexanizmi olsun. Vahid çağrı mərkəzi kimi- haradasa qəza baş verərsə dərhal həmin ünvana aidiyyatı qurumlar yaxınlaşsınlar. Bunun üçün həmin strukturların yerləşdirilməsi, yəni dislokasiyası avtomagistral boyu elə müəyyən olunmalıdır ki, qəza baş vermiş nöqtəyə yaxın olan operativ qrup ünvana tez çata bilsin. Dislokasiyada bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Təbii ki, vahid çağrı mərkəzi işə salınarkən və bu kimi dislokasiya məsələləri öz həllini taparkən, qəza baş verən ünvana aidiyyatı qurumların, yardım ekipajlarının tez bir zamanda  çatdığının şahidi ola bilərik. Təkrar qeyd edirəm ki, bunlar çox vacib məsələlərdir və hesab edirəm ki, bizim yollar üçün kifayət qədər aktualdır.”

img

Şahnaz Salehqızı

0.24785995483398