Bu müharibədə gülən Çin olacaq

 

Ticarət müharibəsində qalib yoxdur və Aİ ilə ABŞ arasında belə bir müharibə başlasa, gülən tərəf Çin olacaq.

Demokratikmusavat.com xəbər verir ki, bunu Avropa Birliyinin (AB) baş diplomatı Kaja Kallas bildirib.

Kallas hesab edir ki, Aİ və ABŞ ticarət müharibəsinə başlasa, bundan Amerika xalqı da fayda görməyəcək. "Ona görə də bu məsələdə çox diqqətli olmaq lazımdır. Biz bir yerdə olmalıyıq. Mən Avropa və ABŞ-ni nəzərdə tuturam. ABŞ və Avropa İttifaqı arasında ticarət müharibəsi varsa, o zaman kim güləcək? Təbii ki, yüksək səslə gülən Çin olacaq”, - Aİ-nin baş diplomatı bildirib.

Mürtəza
Demokratikmusavat.com

0.19138121604919