Paşinyandan son dəqiqə SƏRHƏD açıqlaması - "Üçüncü ölkələrin qüvvələri..."

 

"İrəvan delimitasiyadan sonra Ermənistan-Azərbaycan sərhədində üçüncü ölkələrin qüvvələrini yerləşdirməməyə razıdır".

Demokratikmusavat.com Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri yerli mediaya müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Biz təklif edirik ki, üçüncü dövlətlərin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissələrinə yerləşdirilməməsi ilə bağlı müddəa genişlənsin. Bu olduqca vacibdir və münasibətlərdə böyük önəmə malik ola bilər." -, deyə Paşinyan qeyd edib. 

0.1801118850708