"Suriyada baş verənlərin hamısı Rusiya üçün məğlubiyyət deyil. Biz, əslində, məqsədimizə nail olduq".
Demokratikmusavat.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında deyib.
"Rusiya Suriyadan 4 min iranlı döyüşçünü təxliyə etdi. Suriyadakı bütün qruplarla əlaqələrimiz var. Biz bunu etməliyik. Suriyadakı bazalarımızı qorumaq məcburiyyətindəyik”, - Putin bildirib.
Suriyada itkin düşən amerikalı jurnalistlə bağlı RF prezidentinə olan müraciət barədə sualı cavablandıran Putin deyib ki, o, Suriyada oğurlanan amerikalı müxbir məsələsini Əsəddən soruşacacaq.
Mürtəza
Demokratikmusavat.com