Təki təfəkkürümüz rasional seçim üçün tərəddüd etsin, amma sönməsin!

 

Bəşər övladı müasir dövrdə dünyaya daha çox merkantilist bucaqdan yaxınlaşır. Korporativ maraqlar önə çıxıb. Sanki mədəniyyətlər unudulub. Mədəniyyətin artefaktları (mədəniyyətin maddiləşdirilən simvolları) var, mədəniyyətin mənəvi gücü nə qədərdir, bilmirik. Onu ölçmək olmur. Uzaqbaşı onunla bağlı şəxsi müşahidələrimizi bölüşə bilərik.

Halbuki XXI əsrin təkcə informasiya əsri yox, daha çox bəlkə mədəniyyət əsri olacağı guman edilir. Sivilizasiyaların toqquşması nəzəriyyəsi Samyel Hantiqtonun hipotezi sayılır. Bu hipoteziya görə konfiliktlər mənbəyi ideologiya və iqtisadiyyatlarla deyil, başlıca olaraq mədəniyyətlərlə həllinə qovuşacaqdır.

Bəşəriyyəti mədəniyyətlər xilas edəcək. Mədəniyyət hadisələri daha çox yaradılmalı və izlənilməlidir ki, bəşər övladı silahı, zoru və zorbalığı yox, mədəniyyəti seçsin. Dinc yanaşı yaşamanı seçsin. Düşüncəni seçsin. Düşüncəsin qidalandırsın.

Ölkəmizdə düşüncəni ölməyə qoymayan mədəniyyət ocaqlarından biri “Qanun” nəşriyyat evidir. Ötən həftə də bu nəşriyyatın kampaniyasından faydalandıq.

Kitab sərgilərində hər birimiz ilk olaraq strateji marağımızda olan mövzular kitabları axtarırıq. İqtisadiyyat, fəlsəfə, sosiologiya...
Bir də görürsən qarşına elə kitablar çıxır ki, onu illər əvvəl oxumadığın üçün təəsüf hissi keçirirsən. Bu dəfə belə müəlliflərdən biri Vaqif Hüseynin “Təfəkkürün tərəddüdü” oldu.
Su kimi oxunan kitablardan oldu.

Kitabı oxumağa başlayan zaman müəllifə qəlbimdə xitabən səsləndim: təki təfəkkürümüz rasional seçim üçün tərəddüd etsin, amma sönməsin!

0.20500922203064