Kreditlərin dollarlaşma səviyyəsində azalma meyli davam edib - RƏSMİ

 

Bu ilin 9 ayında kreditlərin dollarlaşma səviyyəsində azalma meyli davam edib.

Bu barədə Demokratikmusavat.com -a Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Hesabat dövründə manatla kreditlər 21.2%, xarici valyutada isə 6.3% artmışdır. Xarici valyutada olan kreditlərin cəmi kreditlərdə payı 2 faiz bəndi azalaraq sentyabrın sonuna 16.6% təşkil etmişdir.

Hesabat dövründə manatla yeni verilmiş kreditlər üzrə orta çəkili faizlər 16%, xarici valyuta ilə yeni verilmiş kreditlər üzrə orta çəkili faizlər isə 6% təşkil etmişdir.

“2024-cü ilin 9 ayında iqtisadiyyata kredit qoyuluşlarında aktivlik davam etmişdir. Hesabat dövründə kredit portfeli (bank və qeyri-bank kredit təşkilatları) 18.5% artaraq 28.4 mlrd. manata çatmışdır. Sentyabr ayının sonuna kredit portfelinin tərkibində uzunmüddətli kreditlərin payı ötən ilin sonundan bəri 82.9%-dən 83.9%-ə artmışdır. Dövrün sonuna uzunmüddətli kreditlərin həcmi 23.8 mlrd. manat olmuşdur. Qısamüddətli kreditlərin payı isə bu dövrdə 17.1%-dən 16.1%-ə azalmışdır. Dövrün sonuna qısamüddətli kreditlərin həcmi 4.6 mlrd. manat təşkil etmişdir. Vaxtı keçmiş kreditlər nəzərə alınmadan iqtisadiyyata kredit qoyuluşları hesabat dövründə ticarət və xidmət sahəsi üzrə 14.1%, sənaye və istehsal sahəsi üzrə 80.1%, inşaat və tikinti sahəsi üzrə isə 6.3% artmışdır.

Hesabat dövründə bankların kredit portfelinin strukturunda ən yüksək paya malik olan biznes kreditləri ötən ilin sonuna nəzərən 14% artaraq 14.4 mlrd. manat olmuşdur”, - deyə məlumatda qeyd olunub.

 

0.21681308746338