Gürcüstanın Çexiyadakı səfiri Teya Maisuradze baş nazir İrakli Kobaxidzenin Aİ ilə danışıqların başlanması məsələsinin dondurulması ilə bağlı bəyanatından sonra istefa verən ölkənin altıncı diplomatı olub.
Demokratikmusavat.com xəbər verir ki, bu baş nazir İrakli Kobaxidzenin məlum bəyanatından sonra istefa verən Gürcüstanın altıncı səfiridir.
“Mən Gürcüstanın Çexiyadakı səfiri vəzifəsindən istefa verdim. Təxminən iyirmi ilə yaxındır ki, ölkəmin milli maraqlarına xidmət etmək, onun Avro-Atlantik inteqrasiyasını təşviq etmək, suverenliyini və ərazi bütövlüyünü qorumaq mənim üçün böyük şərəfdir”, - diplomat X (tvitter) səhifəsində yazıb.
Qeyd edək ki, baş nazir Kobaxidze noyabrın 28-də hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlar məsələsini gündəliyə salmamaq və icmanın bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib. Hökumət başçısının sözlərinə görə, buna səbəb Aİ-nin ona qoşulmaq üçün dialoqun başlanması ilə bağlı daimi şantajı, parlamentin qəbul etdiyi bir sıra qanunların ləğv edilməsi tələbləri və Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə çağırışlar olub.
Gürcüstan hakimiyyətinin bu qərarından sonra ölkənin ABŞ, Litva, Hollandiya, Bolqarıstandakı səfirləri, eləcə də Gürcüstanın İtaliyadakı səfiri vəzifəsini icra edənlər istefa verdiklərini elan ediblər.
Mürtəza
Demokratikmusavat.com