Bu gün səhər saatlarında Abşeron rayonunun Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib.
Demokratikmusavat.com xəbər verir ki, mərhum şahmat ustası Vüqar Həşimovun ata evində baş verən partlayış mənzildə dağıntıya səbəb olub.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən dağıntılar altından iki nəfər – Qasım Həşimov və Aidə Həşimova sağ çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
"Report”a istinadən hadisə yerindən fotoreportajı təqdim edirik.