Hakan Fidan Blinkenlə İrəvan-Bakı münasibətlərini müzakirə ediblər

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı zamanı Qəzza zolağında son vəziyyət, Livanda baş verən hadisələr və Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş müzakirə olunub.

Demokratikmusavat.com xəbər verir ki , bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli X (tvitter) sosial şəbəkəsində məlumat verib.

“Noyabrın 12-də axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Söhbət zamanı nazirlər Qəzzadakı vəziyyəti, Livandakı hadisələri və Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyişi müzakirə ediblər”, -  mətbuat katibi qeyd edib.

Mürtəza
Demokratikmusavat.com

0.22788119316101