“Real”ın baş məşqçisi Zinəddin Zidan işsiz günləri tezliklə bitə bilər.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.
Zidan Fransa millisinə rəhbərlik etməyi arzulayır. Komandanın əksər futbolçuları baş məşqçi Didye Deşamdan narazıdır. Futbolçular Zidanın onların yeni baş məşqçisi olmasını istəyirlər.
Qeyd olunur ki, Zinəddin son vaxtlar “Real”da Karlo Ançelottini əvəzləməkdən imtina edib.
Zinəddin Zidan 2016-2018-ci illərdə və 2019-cu ildən 2021-ci ilin mayına kimi “Real”ın baş məşqçisi olub.(Publika.az)