Bu, Azərbaycanın güclü ölkəyə çevrilməsinə imkan yaradacaq - Açıqlama

 

"Azərbaycanda  beynəxalq səviyyəli mötəbər tədbirlərin keçirilməsinə ev sahibliyi etməsi artıq bir ənənə halını alıb. Bəzən ölkəmizdə ildə bir neçə dəfə beynəlxalq əhəmiyyətli tədbrilər ən yüksək səviyyədə təşkil olunaraq keçirilir. Bunlar arasında dünyanı narahat edən, xüsusən də qlobal humanitar problemlərin həllinə həsr olunmuş tədbirlər də az deyil. Bunun nəticəsidir ki, Bakı artıq dünyanın humanitar problemlərinin müzakirə edildiyi bir dialoq mərkəzinə çevrilib.  Bu gün Azərbaycanın yüksək səviyyədə uğurla ev sahibliyi etdiyi  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi növbəti dünya əhəmiyyətli bir mötəbər tədbiri də bunun bariz nümunəsidir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi beynəlxalq aləmdə oynadığı fəal rolun nəticəsi deyil, bu, həm ölkəmizin belə ciddi problemlərin həllinə verdiyi töhfənin, o cümlədən cənab Prezident İlham Əliyevə olan yüksək etimadın göstəricisidir".

Bunu Demokratikmusavat.com -a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

Komitə sədrinin sözlərinə görə, məhz bütün bu deyilənlərin göstəricisi olaraq, dünyanın 200 ölkəsi qlobal iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı COP29-a Azərbaycanın ev sahibliyi etməsinə yekdilliklə səs veriblər. "Bu onu da deməyə əsas verir ki, Azərbaycan beynəlxalq arenada baş verən proseslərə fəal rol oynayan ölkə kimi qəbul edilir", - o qeyd edib.

Deputat onu da bildirib ki, Azərbaycan belə bir mötəbər tədbirə ev sahibliyi etmək kimi məsuliyyəti üzərinə götürdükdən sonra bəzi Qərb ölkələrinin ölkəmizə qarşı qarayaxma kampaniyası başlandı: "Bu həmin ölkələrdir ki, özləri qlobal iqlim dəyişikliyinə qarşı mübarizənin təşəbbüskarı  və bu prosesin önündə getdiklərini ididia edirlər. Lakin biz realda bunun tam əksini gördük. Başda Fransa olmaqla bəzi Qərb ölkələri  qlobal ilqim dəyişikliyinə qarşı Bakıda keçiriləcək COP29-u baykot taktikasını seçdilər. Ələrində olan bütün mümkün resurslardan. QHT və media qurumlarından istifadə edərək  azərbaycanı hədəf seçdilər. Amma hər zaman olduğu kimi, onları bu səyləri nəticə vermədi. Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu diplomatiya nəticəsində bütün hücumlar uğursuzluğa düçar edildi. Bütün bu cəhdlərə baxmayaraq tədbir ən yüksək səviyyədə təşkil edilərək uğurla keçirilməkdədir. Tədbirdə iştirak etmək üçün dünyanın 196 ölkəsindən 70 mindən artıq nümayəndə qeydiyyatdan keçib. Bunlaırn arasında isə 80 ölkə prezidenti, baş naziri, vitse-prezidenti var. Noyabrın 12-də COP29-un Liderlər Sammitinin ən yüksək səviyyədə keçməsi boykotçulara ağır zərbə oldu. Onlar bir daha Azərbaycanın hansı gücə malik olduğunu gördülər".

Tədbrin əhəmiyyətinə toxunan deputat bildirib ki, Azərbaycan  qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə öz töhfəsini verməklə yanaşı, bu fürsətdən ölkəmizin gələcək inkişafı və milli maraqları üçün istifadə edəcək: "Azərbaycan  artıq bununal bağlı strategiyasını müəyyənləşdirib. Azərbaycan yerləşdiyi coğrafiyanın imkanlarından faydalanmaqla  yaşıl enerji sahəsində də bir qovşaq ölkə rolunu oynayacaq. COP29-un sədri kimi Azərbaycan çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurmağa nail olacaq. Bu həm Azərbaycanın beynəlxalq miqyasda ciddi oyunçu rolunda çıxış etməsinə, həm də ölkənin gələcək inkişafı, təhlükəsizliyi baxımdan mühüm rol oynamasına geniş imkanlar yaradacaq. Bir sözlə, Azərbaycan yaranmış fürsəti dəyərləndirib elan etdiyi milli hədəflərə nail olunması üçün istifadə edəcək. Nəticədə Azərbaycan dünyada daha güclü, qüdrətli və dayanıqlı inkişaf edən nüfuzlu bir ölkəyə çevriləcək".

Mürtəza
Demokratikmusavat.com

0.13443779945374