Oskar Sambranoda dopinq aşkarlandı

 

İngiltərə Çempionşip təmsilçisi "Hall Siti"nin cari mövsümün əvvəli heyətinə qatdığı Oskar Sambranoda dopinq aşkarlanıb.

Demokratikmusavat.com xəbər verir ki, Ekvador klubu "LDU Kido"dan icarə əsasında "pələnglər"ə keçən 20 yaşlı hücumçunun dopinq testi müsbət nəticələnib.

Oyunçunun durumu ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunub.

Qeyd edək ki, O.Sambrano cari mövsüm "Hall Siti"nin heyətində meydana çıxdığı 7 oyunda 1 qol vurub.

0.178631067276