Çağdaş Azərbaycanın ictimai mühitinə məna qatan insan!

 

Dəyərli Qulu müəllim bütün tərcümeyi halı ilə təmiz milli ziyalı platformasında dayana bilən insandır. Kosmopolitizmlə qol-qola gəzə bilən “diplomlu ziyalılardan” çox uzaq olan aydındır. Ziyalı duruşu ilə yanaşı məşğul olduğu sahənin dərinliklərini bilən edən peşəkar bir pedaqoqdur. Jurnalistlərin ustadıdır. Çağdaş Azərbaycan jurnalistikasında onun möhürü, yeri və rolu var.

Qulu Məhərrəmli Azərbaycan cəmiyyətində şərin qırmızı xəttini göstərə bilən insanlardandır. Hətta içində olmadığı, qarışmadığı müstəvilərdə belə ifrata varılan yalançılığa və rəzalətə belə dözümlü olmadı. Həmin qırmızı xətt tapdananda onun ziyalı mövqeyi ortada görünüb. Qulu müəllimin siyasi yükü yoxdur, amma ziyalı mövqeyi və prinsipiallığı var.

Qulu müəllim istedadlı insanları tanıya bilən insandır. Üstündən kitab iyi gələn, davranışından mədəniyyət yağan insanı gəlişindən tanıyar. Analaitik dərinliyi olan insanı dinamik və ya statik təfəkkür tərzindən idrak edər. Çünki özü dərin idrakı olan intelektualdır.
Ağıllı insanlara xüsusi rəğbəti olan pedaqoqdur.

Hər zaman Qulu müəllimin dil üslübundan ruhum su içib, qidalanmışam. Dil, jurnalistika və mənəviyyat mövzularında
onun çıxışları yüksək əyarlı çıxış mətnləridir.
Gəncliyimdən mən onu belə oxumuşam və dərk etmişəm.

Çağdaş Azərbaycanın ictimai mühitinə məna qatan insanlardansınız!
Dəyərli Qulu müəllim, Sizi ürəkdən təbrik edirəm!

0.1639711856842