Messi SEÇİM QARŞISINDA - Təqaüdə çıxandan sonra nə edəcək?

 

Argentina milli komandasının və Mayami "İnter"inin futbolçusu Lionel Messi karyerasını başa vurduqdan sonra məşqçi olmaq istəmədiyini bildirib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

“Mən məşqçi olmaq istəməzdim, amma gələcəkdə nə etmək istədiyimi hələ də bilmirəm. Mən ancaq oynamaq, məşq etmək və əylənmək haqqında düşünürəm”, - deyə Messi bildirib.

Messi 2023-cü ilin yayında MLS-də çıxış edən "İnter Mayami"yə keçib. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb.

2022-ci ilin dekabrında Messi Argentina millisinin tərkibində dünya çempionu olub. O, millinin heyətində də 100-dən çox qol vurub. Məzunu olduğu Kataloniya "Barselona"sında argentinalı ulduz 2003-2021-ci illərdə çıxış edib. 2000-ci ildən "Blauqrana" gənclər komandasında çıxış edir.

Messi "Barselona" ilə dörd dəfə Çempionlar Liqasının qalibi, 2022-ci ildə Argentina millisi ilə Dünya Kubokunun, iki dəfə Amerika Kubokunun, səkkiz dəfə "Qızıl top"un qalibi olub.(publika.az)

0.14018583297729