“Biz böyük beynəlxalq tədbirlərə ev sahibliyi edəcəyik. İndi yollarda hərəkət etmək çətindir. “COP29 asqıları” da hərəkəti müəyyən dərəcədə çətinləşdirir. Hazırda qəsəbələrdən şəhər mərkəzinə çatmaq üçün bir çox yerdə qalmalı olursunuz”.
Demokratikmusavat.com xəbər verir ki, deputat Razi Nurullayev parlamentin bu gün keçiirlən iclasında çıxışı zamanı deyib.
Deputat yaranmış vəziyyətdən çıxış yolu kimi təklif irəli sürüb: “Hökumət bununla bağlı istənilən formada qərar qəbul edərək bir sıra dövlət qurumlarına və özəl sektora onlayn biznes rejiminə keçməyi tövsiyələrlə təklif edə bilər. Hesab edirəm ki, bu, ehtiyacları bu yolla ödəyəcək. Eyni zamanda, COP29 ilə bağlı olan gələcək ev sahiblərimiz üçün yollar rahat olacaq və tıxaclarda vaxt itirməyəcəklər”.
R.Nurullayev hökumətə 3-4 mühüm yerdəki metro stansiyalarının istifadəyə verilməsi üçün maliyyə ayrılmasını da təklif edib: “Tıxacları aradan qaldırmağın ən yaxşı yolu yeraltı nəqliyyatdır. Hesab edirəm ki, hökumət bu barədə düşünməli və metro stansiyalarının tikintisini və istifadəsini sürətləndirməlidir”.
Mürtəza
Demokratikmusavat.com