"AzerGold"un törəmə şirkətinin direktoru dəyişib

 

“AzerGold” QSC-nin “DM Servis” MMC (mülki partlayıcı maddələr və innovativ partlayış sistemlərinin istehsalı sahəsində dünya liderlərindən olan “Orica-Nitro” şirkətinin Azərbaycan üzrə rəsmi tərəfdaşı) ilə birlikdə yaratdığı “Azerblast” MMC-nin direktoru Rizvan Baxşıyev işdən çıxıb.

"Report"un əldə etdiyi məlumata görə, onun yerinə Fuad Ramazanov təyin olunub.

O, indiyə qədər "AzerGold"un Daxili nəzarət şöbəsinin müdiri olub. Hazırda bu şöbə Risklərin idarəolunması və daxili nəzarət şöbəsi adlanır, ona rəhbərlik isə Oruc Eyvazova həvalə edilib.

Xatırladaq ki, "Azerblast" Daşkəsən rayonunun Çovdar kəndində, eyni adlı filiz emalı sahəsində qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 5 000 336 manatdır.

0.19150614738464