Ölkəmizin irəli getməsini həzm edə bilməyən dairələr narahat olur

 

"Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni, ABŞ Konqresində senatların ölkəmizə qarşı qərəzli müraciətlərinin davamı olaraq da qəbul etmək olar.
Sözsüz ki, burada Fransa başda olmaqla ABŞ və Avropa ölkələrində fəaliyyət göstərən erməni lobbisinin təsirini mütləq qeyd etmək lazımdır".

Demokratikmusavat.com xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirirb ki, əslində ölkəmizə qarşı belə qərəzli və qarışıq vəziyyətdə qəbul edilən haqlı və haqsız tərəfləri olan qətnamələr, hətta ABŞ -ın Azərbaycanı sanksiyalarla təhdid etməsi və s.-də əsas məqsəd, rəsmi Bakını İrəvanla yarımçıq sülh sazişini imzalamağa məcbur etməkdir:

"Tam şəkildə razılaşdırılmayan sülh sazişinin bu şəkildə imzalanması, Azərbaycan üçün gələcəkdə problem yaşada bilər və Ermənistan tərəfindən ölkəmizə qarşı yenidən ərazi iddiaları qaldırmaq imkanı saxlayır. Göründüyü kimi COP29 ərəfəsində ölkəmizi hədəf seçən düşmən qüvvələr düşünürlər ki, bu məqamda bəlkə çirkin planlarını həyata keçirə bilərlər. Çünki, ölkəmiz böyük işlərə imza atır, dünya miqyasında tədbirlər həyata keçirir. Bu da ölkəmizin irəli getməsini həzm edə bilməyən dairələri narahat etməyə bilməz. Bu baxımdan ölkəmizə qarşı qəbul edilən qətnamə və hər hansı bir bəyanatın heç bir hüquqi əsası yoxdur və Azərbaycan hökuməti bunu başa düşür və ölkə başçısının yürütdüyü siyasət tamamilə beynəlxalq hüquq normalarına və xalqımızın maraqlarına uyğun şəkildə həyata keçirilir".

0.26173210144043