Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini təyin olunub.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Belə ki, əmrlə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bu vəzifəyə təyin edilib. Kərimov Elçin Vaqif oğlu isə sözügedən İdarəyə müdir vəzifəsinə gətirilib.
Qeyd edilib ki, bundan əvvəl E.Kərimov 2022-ci ildən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri olub.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası isə idarənin müdir müavini Cavadov Cavad Alı oğluna həvalə edilib.