"28 May" stansiyasının qarşısında görülən təmir işləri yekunlaşdı

 

Artıq üç aydan çoxdur ki, Bakı metrosunun "28 May" stansiyasının qarşısında görülən təmir işləri yekunlaşıb.

Demokratikmusavat.com baku.ws-ə istinadən xəbər verir ki, burada meydanla yanaşı ətraf ərazilər də abadlaşdırılıb və ağaclar əkilib.

Şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb.

Park xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanıb və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən hazırlanıb. Burada piyadaların hərəkəti üçün təhlükəsiz zona yaradılıb və yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcək.

Fotolarda gediş-gəliş üçün nəzərdə tutulan yolun asfaltlandığı və son tamamlanma işlərinin görüldüyü kadrlar əks olunub.

Ərazidən həmin fotoları təqdim edirik;

 

0.21257710456848