Yasamalda 200 ailə kanazalizasiyanın ÜFUNƏTİNDƏ QALIB- Sakinlər Prezidentə şikayət etdi

 

İki yüz ailənin üfunət qoxan nəfəs alması icra başçısının vecinə də deyil...

Yasamal rayonu, Nazim Hikmət küçəsi 26/76 ünvanda yerləşən 4 binada yaşayan 200 ailə son günlər leysan yağışı nəticəsində kanalizasiyanın işləməməsinə laqeyd münasibət göstərən yerli hakimiyyət orqanlarının fəaliyyətsizliyindən ölkə Prezidentinə şikayət məktubu ünvanlayıblar, həmin məktubu dərc edirik:

Ş İ K A Y Ə T   Ə R İ Z Ə S İ

Hörmətli cənab Prezident!
Hörmətli Birinci vitse-Prezident!

Bakının Yasamal RİH başçısı Elşad Həsənova, Ərazi nümayəndəsinə və Su İdarəsinin rəisinə dəfələrlə həyətimizin, su, qaz, elektrik və kanalizasiya sisteminin normal vəziyyətə salınması üçün dəfələrlə ərizə ilə müraciət etmişik, amma müraciətlərimizə heç bir əhəmiyyət verilmir.

Hörmətli cənab Prezident!
Hörmətli Birinci vitse-Prezident!

Hətta 21 fevral 2021-ci ildə məhləmizin sakini Yasamal RİH-in icra başçısı Elşad Həsənovun qəbulunda olarkən məhlədə yaşayan sakinlərə normal şərait yaradacağı barədə Qarabağ müharibə veteranı, II qrup əlilə verdiyi sözə belə, 3 ildən çox zaman keçməsinə baxmayaraq, bu gündək əməl etməyibsə, bundan sonra Elşad Həsənov kimi icra başçısından hansı normal münasibəti gözləyək?!

Hörmətli cənab Prezident!
Hörmətli Birinci vitse-Prezident!

Biz, Bakı, Yasamal rayonu, Nazim Hikmət küçəsi 26/76 ünvanda yaşayan bina sakinləri olaraq cənab vəzifə sahiblərinə dəfələrlə bildirmişki ki, 4(dörd) binanın əhatə etdiyi və 200(iki yüzə) qədər ailənin yaşadığı həyətdə yaşayış üçün ən adi şərait olmadığı bir yana, üstəlik, 1970-ci illərdə tikilmiş binalara xidmət edən kanalizasiya sistemi vaxtlı-vaxtında təmir olunmadığına görə, tutulub işləmir. Hər dəfə yağış yağanda kanalizasiya yağış sularını çəkə bilmir və nəticədə kanalizasiyaya yığılmış hər cür tullantılardan ətrafa yayılan üfunətdən həyətdə yaşayan insanlar nəfəs belə, ala bilmirlər!

Hörmətli cənab Prezident!
Hörmətli Birinci vitse-Prezident!

Sizdən xahiş edirik ki, ən azı, BMT xəttilə 11-24 noyabr 2024-cü il tarixlərdə Bakı şəhərində keçiriləcək COP29 İqlim Konfransı ərəfəsində həyətimizdə ətraf mühiti və iqlimi tamamilə məhv edən kanalizasiya sisteminin təcili təmir edilməsini edilməsini Yasamal rayonun aidiyyatı dövlət qurumlarının rəhbərlərindən tələb edəsiniz.

Müraciətimizdə vurğulanan problemin həlliqayğı ilə yanaşdığınız üçün Sizə əvvəlcədən təşəkkür edirik.

Məhlədə yaşayan 200 ailə adından aşağıda imza edirik:

  1. Orxan Şirinov 
  2. Əsəd Əliyev
  3. Rasim Məmmədov
  4. Xalid Quliyev
  5. İbadət Balaşov
  6.  Ələkbər Əlizadə
  7. Nizami Əliyev
  8. Elvin Camalov
  9. Kərim Kərimov
  10. Füzuli Əzimov və s...

30 oktyabr 2024-cü il
Mobil: +994 70 281 88 68

0.24689888954163