59 direktora xəbərdarlıq, töhmət və şiddətli töhmət verilib

 

“Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 4 istiqamət üzrə yoxlama meyarları əsasında məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilib”.

Demokratikmusavat.com xəbər verir ki, bunu MÜTDA-nın direktoru Eşqi Bağırov oktyabrın 29-da keçirilən brifinqdə deyib.

O bildirib ki, proses 145 müəssisənin 107-ni əhatə edib:

“Müəssisələrdə təlim-tərbiyə prosesinin təşkili vəziyyəti, tədris-pedaqoji sənədlər, kadrlarla işin təşkili, maddi texniki baza və maliyyə-təsərrüfat sənədləri yoxlanılıb. Nəticədə 125 qrup bağlanılıb, 5 müəssisə rəhbəri işdən çıxarılıb, 59 direktora xəbərdarlıq, töhmət, şiddətli töhmət verilib”.

 

0.43683815002441