ƏƏSMN camaatın pensiyasını da vaxtında verə bilmir

 

Pensiyaların gecikdirilməsi ölkədə ciddi narahatlıq yaradıb

Bəzi dövlət qurumları Azərbaycanda noyabr ayında keçiriləcək COP29 beynəlxalq iqlim konfransı ərəfəsində xalqın narazılığına səbəb olan işlərlə məşğul olurlar.

Məsələn, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fonundu əhalinin həssas qrupu sayılan, gözünü pensiyaya dikən pensiyaçıların pensiyasını hər ayın 15-də köçürdüyü halda, oktyabr ayının 20-si olmasına baxmayaraq, pensiyalar hələ də gecikdililir.

Məlumdur ki, pensiyaçıların əksəriyyəti xəstədir və müalicə olunmaq üçün dərman almaq məqsədilə banklardan kredit götürüblər. Əgər pensiyalar gecikirsə, deməli, pensiyaçıların banklardan götürdüyü kreditlərin üzərinə hər gün faiz gəlir. Bu da pensiyaçıların haqlı narazılığına səbəb olur.

Bir də ki, DSMF sədri Himalay Məmişov deyəsən, əksər pensiyaçıların necə ağır vəziyyətdə yaşadığının fərqində deyil. "Acın toxdan nə xəbəri" atalar məsələndə deyildiyi kimi, DSMF sədi H. Məmişovun pulu o qədər çoxdur ki, elə düşünür ki, özü kimi, pensiyaçılar da pul qoymağa yer tapmır.

Deməli, ƏƏSMN və DSMF rəhbərlərinin heç vecinə də deyil ki, pensiyaçıların hazırkı narazılığından xəbər tutan, duyan COP29 konfransında iştirak edəcək 80 mindən çox iştirakçı öz ölkələrinə qayıdanda ölkəmiz haqqında xeyli mənfi rəylə qayıda bilərlər...

Səfurə

0.19167900085449