Bu universitet 140 kilo müdir götürə bilən kreslo alır

 

Azərbaycan Texniki Universiteti (AzTU) fırlanan müdir kresloları alır.

Demokratikmusavat.com İqtisadiyyat.az-a istinadən xəbər verir ki, ali təhsil müəssisəsi 70 ədəd kreslo sifariş edib.

Qeyd edilib ki, kresloların 20 ədədi dəri materialdan və ortopedik olmalıdır.

Mexanizminə gəlincə, kresloların aşağı və yuxarı, belinin isə arxaya və önə hərəkətliliyi, eyni zamanda 360 dərəcə fırlanan təkərləri olmalıdır. Sifariş edilən kresloların 140 kq yük götürməyə malik olması əsas şərtlərdəndir.

Qeyd edək ki, AzTU texniki təhsil sahəsində Azərbaycanın aparıcı universitetlərindən biridir. Ali təhsil müəssisəsinin rektoru Azərbaycanın əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Vilayət Vəliyevdir.

 

0.1749849319458