Trampın İran qorxusu: "Ağ Evdən hərbi təyyarə və maşın tələb etdi"

 

Donald Trampın komandası İranın hələ də ona qarşı sui-qəsd cəhdi edə biləcəyindən ehtiyat edərək  ABŞ hakimiyyətindən təhlükəsizliyinin təmin edilməsi məqsədilə  hərbi təyyarı və maşın tələb edib.

Demokratikmusavat.com xəbər verir ki, "Washington Post" (WP) nəşri yazıb.

WP belə bir iddianı   ABŞ-da prezident seçkiləri  kampaniyası zamanı sui-qəsd cəhdinə məruz qalan  Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki komandası ilə ABŞ Məxfi Xidməti arasındakı yazışmalara əsaslanaraq irəli sürüb. 

Trampın seçki kampaniyası komandasının meneceri Susie Vilesin Gizli Xidmət direktoru Ronald Rouya göndərdiyi elektron məktublarda Trampın seçki səfərlərində təhlükəsizliiy təmin etmək üçün hərbi təyyarələr və nəqliyyat vasitələri tələb etdiyi bildirilir.

Nəşr eyni zamanda yazıb ki, Respublikaçı namizədin təşviqat qrupu Trampın mitinqlərinin keçirildiyi yerlərdə əlavə uçuş qadağası və Tramp və komandası üçün xüsusi ballistik şüşə qoruyucuları da istəyib.

Xəbərdə yer alan məlumata görə, ABŞ tarixində seçki kampaniyası zamanı hərbi təyyarədən istifadə edən namizədin olmadığı bildirilib.

0.14435410499573