VII çağırış Milli Məclisin bir sıra beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin rəhbərləri dəyişib.
Demokratikmusavat.com Modern.az-a istinadən xəbər verir ki, Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasındakı nümayəndə heyətinə Qaya Məmmədov rəhbərlik edəcək.
Qeyd edək ki, əvvəlki çağırışda bu vəzifəni Azay Quliyev tutub. O, nümayəndə heyətinin adi üzvü seçilib. Nümayəndə heyətinin digər üzvləri Sevinc Fətəliyeva, Tural Gəncəliyev, Pərvin Kərimzadə və Gülşən Paşayevadır.
Milli Məclisin spikeri Sahibə Qafarova yeni çağırışda Parlamentlərarası İttifaq, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası, Türk Dövlətləri Parlament Assambleyası, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası və Qoşulmama Hərəkatı Parlament şəbəkəsindəki nümayəndə heyətlərimizə rəhbərlik edəcək.
Ölkəmizin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasındakı nümayəndə heyətinə isə Zaur Şükürov sədrlik edəcək. Ülviyyə Ağayeva, Nurlan Həsənov və Elşən Musayevdir.
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqında nümayəndə heyətinin sədri Rafael Hüseynov, üzvləri Ceyhun Məmmədov, Nigar Məmmədova, Cavanşir Paşazadə və Tənzilə Rüstəmxanlıdır.
Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinə Rizvan Nəbiyev rəhbərlik edəcək. Əvvəlki çağırışda isə bu vəzifəni Əminə Ağayeva tutmuşdu.
NATO Parlament Assambleyasındakı nümayəndə heyətinə Ramid Namazov, Azərbaycan – Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinə Səməd Seyidov rəhbərlik edəcək.