ABŞ İrana görə onlara sanksiya tətbiq etdi

 

ABŞ İran neftini daşıyan beş şirkətə və onların tankerlərinə qarşı sanksiya tətbiq edib
ABŞ Maliyyə Nazirliyi İran nefti və neft məhsullarını daşıyan beş şirkət və onların tankerlərinə qarşı sanksiyalar tətbiq olunduğunu açıqlayıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin sanksiyalar sahəsində icraya cavabdeh bölməsi olan Xarici Aktivlərə Nəzarət Ofisinin (Office of Foreign Assets Control, OFAC) press-relizində bildirilib.

Qurumun məlumatına görə, bu neft məhsullarının satışından əldə edilən gəlirlər, digər şeylərlə yanaşı, husiləri və onların Yaxın Şərqdəki hücumlarını maliyyələşdirmək üçün xərclənilir. O cümlədən husilərin İsrail ərazisinə, eləcə də Qırmızı dənizdən keçən ticarət gəmilərinə raket və PUA-larla hücumları maliyyələşdirilir.

“Husilər zorakılıq kampaniyalarını davam etdirmək məqsədilə İran neftini nəql etmək və satmaq üçün Səid əl-Camal və onun vasitəçilərinin beynəlxalq şəbəkəsinə bel bağlamağa davam edirlər. ABŞ Maliyyə Nazirliyi husilərə vəziyyəti destabilləşdirməyə imkan verən bu əsas qeyri-qanuni gəlir mənbəyinin qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə qərarlıdır”, - ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini vəzifələrini müvəqqəti icra edən Bredli T.Smit deyib.

0.18756818771362