Erməni ekspertdən etiraf: Özümüz günahkarıq, "Əliyevin səbri" amili var

 

Rəsmi mənbələrdən məlum olur ki, Zəngəzur vasitəsilə kommunikasiyaların açılmasında ciddi problem var və hazırda Ermənistan özünü kifayət qədər destruktiv aparır.

Demokratikmusavat.com xəbər verir ki, bunu erməni ekspert Vahe Ovanisyan deyib.

“Destruktiv mövqe ondan ibarətdir ki, Ermənistan beynəlxalq arenada təbliğ etməyə çalışacağı və bununla da müttəfiqlər qazanmağa hesablanmış, səriştəli həll variantları formalaşdırmır. Bunu beynəlxalq aləmə elə təqdim edir ki, xaricdən dəstək qazanmadan həll edə bilməyəcəyimiz məsələdir. Müharibədən sonra bunu müstəqil şəkildə özümüzə uyğun şəkildə həll etmək üçün çəkimiz və imkanımız yoxdur. Azərbaycanda bu resurs var". - ekspert qeyd edib.

O əlavə edib ki, indi maksimum mümkün Ermənistan kompromisin qırmızı xəttini, sərfəli variantlarını hesablamalıdır: "Tərəfdarlar tapmağa çalışmalıyıq. Bunu da biz etmirik.

Biz özümüzü incimiş bir yeniyetmə kimi aparırıq, hamını rədd edirik. Nəticədə bölgədə partlayış həddinə çatan  vəziyyət yaranıb, buna görə özümüz günahkarıq. “Əliyevin səbri” adlanan bir amil formalaşır. Biz onunla oynayırıq”, - Ovanisyan bildirib.

O xatırladıb ki, biz müharibədən əvvəl də əsassız, aqressiv və dağıdıcı ritorika ilə oynayırdılar: “Biz indi də eyni şeyi edirik. Elə bir vəziyyət yaranacaq ki, ölkələr və regionun əsas oyunçuları bu problemi bizsiz həll edəcəklər. Madam ki, bu kiçik ölkə öz destruktiv davranışları ilə öz maraqlarını formalaşdırmır, reallığı dərk etmir, bizi nəzərə almadan bu problemi həll edəcəklər".

O eyni zamanda əlavə edib ki,  bölgədə kommunikasiyaların açılması ilə bağlı təklif etdiyi "Dünyanın kəsişməsi" heç kimi mraqlandırmır. "Bu özünü Moskvada MDB dövlət başçılarının son iclasında bir daha açıq şəkildə büruzə verdi. Ən azı iki böyük ölkə Azərbaycan və Rusiya bu təklifdən imtina etdi. Onlar deyirlər ki, bu, yaxşı ideyadır, lakin bu, sülh deyil, münaqişə mənbəyidir”, - ekspert yekunlaşdırıb.

Mürtəza
Demokratikmusavat.com

0.19051814079285