Amfibiya təyyarəmiz Türkiyədə yanğınlarla mübarizə aparır - Video

 

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Demokratikmusavat.com ” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Foça istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir.

 

0.21623587608337