Ümumi qrammatika və türk dili  qrammatikasının əsasları 

 


Akademik Nizami Cəfərov: “Bir dil­çi, fi­lo­loq və şərqşünas ki­mi İdris Abbasov öz fədakar əməyi sayəsində əsərlərinə yeni ruh verdiyi  Mir­zə Kazımbəy, An­tu­an Sil­vestr dö Sa­si, Pyer Ame­de Jo­ber və di­gər ko­ri­fey­lər­lə bir sı­ra­da da­yan­ma­ğa la­yiq­dir.”
 
Tanınmış dil­çi, şərq­şü­nas və filoloq, Azərbaycan Mil­­li Elm­­lər Aka­­de­­mi­­ya­­sı Nə­­si­­mi adı­­na Dil­­çi­­lik İns­­ti­­tu­­tu­­nun “Nə­­zə­­ri dil­­çi­­lik” şö­bə­­si­­nin mü­di­­ri, fi­­lo­­lo­­gi­­ya elm­lə­ri dok­­to­­ru, pro­fes­sor İd­­ris Ab­­ba­­so­­vun Qı­zıl təd­qi­qat­lar se­ri­ya­sın­dan “Sil­vestr dö Sa­si­nin Ümu­mi qram­ma­ti­ka­nın prin­sip­lə­ri və Pyer Ame­de Jo­be­rin Türk di­­li­ qram­ma­ti­ka­sı­nın əsas­la­rı: tər­cü­mə, nə­zə­ri və mü­qa­yi­sə­li dil­çi­lik müs­tə­vi­sin­də təd­qi­qat və şərh” ad­lı növbəti irihəcmli mo­noq­ra­fi­ya­sı işıq üzü görmüşdür. Əs­lin­də, bu­ra­ya ki­tab da­xi­lin­də araş­dı­rı­lan di­gər ki­tab­la­rı da aid et­sək, bu seriyadan olan monoqrafiyaların sayını yed­di­yə, hət­ta doq­qu­za çat­dır­maq müm­kün­dür. Ümu­mi dil­çi­lik, tür­ko­­lo­­gi­­ya, Azər­­bay­­can dil­­çi­­li­­yi və şərq­şü­nas­lıq üçün xü­su­­si önəm da­şı­yan bu abi­də­nin təd­qi­qat və şərh­lər­lə can­lan­dı­rıl­ma­sı mü­əl­li­fin il­lər uzu­nu sərf et­di­yi in­ten­siv əmə­yin, səb­rin və ira­də­nin nə­ti­cə­si­dir. Adın­dan da gö­rün­dü­yü ki­mi, mü­əl­lif möv­zu­nun əha­tə dai­rə­si­ni bir az da ge­niş­lən­di­rə­rək Ame­de Jo­be­rin Türk di­li qram­ma­ti­ka­sı­nın əsas­la­rı və mü­qa­yi­sə­li dil­çi­li­yin ba­ni­si Frans Bop­pun mü­əl­li­mi, əsər­lə­ri ilə dün­ya­ya səs sal­mış məş­hur fran­sız dil­çi-şərq­şü­na­sı Sil­vestr dö Sa­si­nin Ümu­mi qram­ma­ti­ka­nın prin­sip­lə­ri əsə­ri­ni də təd­qi­qa­ta cəlb et­miş, ya­na­şı ola­raq Qi­yom Pos­tel, Abel Re­mü­za haq­qın­da da bir qə­dər ət­raf­lı mə­lu­mat­lar ver­miş, on­la­rın dil­çi­lik gö­rüş­lə­ri­nin mü­hüm mə­qam­la­rı­nı diq­qə­tə çat­dır­mış­dır. Təq­dim olu­nan ge­niş həcm­li, çox­şa­xə­li, də­rin məz­mun­lu və əha­tə­li mo­noq­ra­fi­ya el­mi san­ba­lı, linq­vis­tik mə­ziy­yət­lə­ri və fi­lo­lo­ji siq­lə­ti ilə na­dir ör­nək­lər­dən bi­ri­dir. 
Be­lə­lik­lə, dil təd­qi­qat­la­rı­nı önə çı­xa­ran müx­tə­lif elm sa­hə­lə­ri və ya dü­şün­cə mək­təb­lə­ri XVII-XVI­II əsr­lər­də çi­çək­lən­mə­yə baş­la­mış, XIX əsr­də özü­nün zir­və­si­nə çat­mış­dır. XIX əsr­də dil­lə­rin mü­qa­yi­sə­li təd­qi­qi, sü­ni dil­lə­rin ya­ra­dıl­ma­sı, bir­dil­li lek­si­koq­ra­fi­ya, sti­lis­ti­ka və ri­to­ri­ka, ha­be­lə di­lin mən­şə­yi və dil – tə­fək­kür əla­qə­lə­ri­nə diq­qət ye­ti­rən dil fəl­sə­fə­si­nə ma­raq art­mış­dır. Sa­da­la­nan fən­lər ara­sın­da dil­lə­rin qram­ma­tik təs­vi­ri  linq­vis­tik mak­rost­ruk­tu­run kon­tur­la­rı­nı mü­əy­yən­ləş­di­rir, em­pi­rik fun­da­ment­lə­rə əsas­la­nan da­vam­lı, eti­bar­lı və ümu­mi bi­lik­lə­ri tə­min edir­di. Av­ro­pa­nın maa­rif­çi mü­tə­fək­kir­lə­ri di­lin və dil­lə­rin müx­tə­lif as­pekt­lə­ri, xü­su­si­lə on­la­rın struk­tu­ru, ta­ri­xi bağ­la­rı, fəl­sə­fi-mən­ti­qi xü­su­siy­yət­lə­ri ilə ma­raq­la­nır­dı­lar. Fi­lo­sof­lar, qram­ma­tik­lər və in­tel­li­gent­lər tə­bə­qə­si ey­ni möv­qe­dən çı­xış edə­rək di­lin in­san tə­fək­kü­rü­nün xas­sə­si, so­si­al­laş­ma­nın va­cib şər­ti ki­mi mü­hüm əhə­miy­yə­tə ma­lik ol­du­ğu­nu irə­li sü­rür­dü­lər. XIX əsr­də Qərb­də şərq­şü­nas­lıq, ta­rix, fi­lo­lo­gi­ya, dil­çi­lik və di­gər elm sa­hə­lə­rin­də ye­ni-ye­ni nai­liy­yət­lər qa­za­nı­lır, nü­fuz­lu elm adam­la­rı­nın sa­yı get­dik­cə ar­tır­dı. Di­ax­ro­nik mo­del coğ­ra­fi mo­de­li əvəz edir­di. Pro­ses­lər nə­ti­cə­sin­də mey­da­na çı­xan ox­şar­lıq mə­sə­lə­lə­ri­nə tə­sa­dü­fən bo­yun əyən alim­lər de­yil, bi­lik qə­rar ve­rir­di. Av­ro­pa­da ərəb, türk və fars dil­lə­ri ilə ya­na­şı, ərəb əlif­ba­sı ilə ya­zıl­mış bə­zi hind və ma­lay dil­lə­ri, o cüm­lə­dən Uzaq Şərq və Ya­xın Şərq­də­ki ide­oq­ram­lar­dan alı­nan or­foq­ra­fi­ya­lar bir ara­ya gə­ti­ril­miş­dir.

Be­lə de­mək müm­kün­sə, XIX əsr­də cə­rə­yan edən pro­ses­lər şərq­şü­nas­lı­ğı ye­ni­dən kon­fi­qu­ra­si­ya edir­di.
Kar­te­zi­an fəl­sə­fə­si­nin dokt­ri­na­sı son­ra­kı dil nə­zə­riy­yə­si­nin güc­­lü tə­si­ri ilə be­lə mü­ha­ki­mə yü­rüt­mə­yə im­kan ve­rir ki, tə­bii dü­­şün­­cə­­lər di­li var et­­miş­dir. Re­ne De­kart (1596-1650) nit­qə tə­fək­kü­rün möv­cud­lu­ğu­nun sü­bu­­tu ki­mi ba­xa­raq dil­lə tə­fək­kü­rü ey­ni­ləş­di­rir­di ki, bu id­dia ilə ra­zı­­laş­­maq müm­­­kün de­yil. Vil­yam Hol­der (1669) və Con Va­lis (1653, 1670, 1698) ki­mi XVII əsr fo­ne­ti­ka alim­lə­ri tə­rə­fin­dən kar və kor­lar üzə­­rin­­də apa­­rı­lan təd­­qi­­qat­­lar bu tə­səv­vür­lə­ri alt-üst et­miş­dir. Şot­lan­di­ya­lı linq­vist Corc Dal­qar­no (1616-1687) kom­mu­­ni­­ka­­tiv funk­si­­ya­­nın ger­çək­ləş­mə­sin­də beş duy­ğu­nu bə­ra­bər tu­tur­du. His­si funk­si­ya və dil in­ki­şa­fı ara­sın­da­kı əla­qə­lər haq­qın­da de­bat­lar XIX əs­rə doğ­ru da­vam et­miş­dir. Maks Mül­ler (1887) dil­siz tə­fək­kü­rün müm­kün ol­ma­ma­sı­nın qız­ğın tə­rəf­da­rı idi. Öz döv­rü­­nün məş­hur psi­xo­lo­qu Fran­sis Qal­ton (1883) ana­dan­gəl­mə kar do­ğu­lan fərd­lər üzə­­rin­də apar­dı­ğı təd­qi­qat­­lar­­dan gəl­di­yi nə­ti­cə­lə­rə is­ti­nad edə­­rək M.Mül­le­rin id­dia­la­rı­nı qə­ti su­rət­də rədd edir­di. Am­ma F.Qal­ton bu təd­­qi­­qat­­la­rı ba­şa çat­dı­ra bil­mə­miş­dir. Yal­nız XX əsr­də eks­pe­ri­men­tal koq­ni­tiv psi­xo­lo­gi­ya mü­tə­xəs­sis­lə­ri F.Qal­to­nun qa­baq­ca­dan xə­bər ver­di­yi ye­ni­li­yi sü­but et­mə­yə na­il ol­du­lar.
Tər­cü­mə, təd­qi­qat və şər­hin sin­te­zin­dən iba­rət bu çox­cə­hət­li el­mi iş nə­zə­ri və mü­qa­yi­sə­li dil­çi­lik ba­xı­mın­dan Türk-Azər­bay­can di­li­nin linq­vis­tik-qram­ma­tik ma­hiy­yə­ti­nin ay­dın­laş­dı­rıl­ma­sı üçün mü­hüm mən­bə­dir. Bu­ra­da möv­zu­ya uy­ğun ola­raq türk, fran­sız, in­gi­lis, la­tın, rus, ərəb və di­gər dil­lər mü­qa­yi­sə­li şə­kil­də araş­dı­rı­lır. Dil fakt­­la­­rı­­na di­­ax­­ro­­nik-sinx­­ro­­nik və kom­­­pa­­­ra­­­tiv-kont­­ras­­tiv as­­pekt­­də ya­­naş­­an təd­qi­qat­çı-alim öz ənə­nə­si­nə sa­diq qa­la­raq H.Mi­­­qi­­­­za, F.Me­­nins­­ki, Si­­ba­­vey­­hi, Xə­­lil ibn Əh­­məd əl-Fə­­ra­­hi­­di, İbn Ma­­lik, Ab­­­bas Hə­­sən, Qa­­sim əl-Mu­­ra­­di, Sü­yu­­ti, J.Hol­­der­­­man, J.Prendl, M.Viq­­ye, Jan-Şarl dö Bess, V.Lö­tel­­ye, A.Fayz­­ma­­yer, L.Dü­bö, Şarl Vyot, M.Nas­­sif, A.Da­­vids, K.Ko­­mi­­das və on­­lar­­la di­­gər­­lə­­ri­­nin əsər­­lə­­ri­­nə mü­­ra­­­ci­­ət edir. Dil­çi­lik ta­ri­xi­nə eks­kur­si­ya edən mü­əl­lif XVI­II əs­rin so­nun­da dil­lər, on­la­rın qu­rul­ma prin­sip­lə­ri və təd­ri­si haq­qın­da dü­şün­cə­lə­rin Por-Ro­yal mən­tiq­çi­lə­ri tə­rə­fin­dən ha­zır­lan­mış ümu­mi qram­ma­ti­ka mo­de­li­nə əsas­lan­dı­ğı­nı vur­ğu­la­yır, yə­ni bü­tün dil­lə­rin funk­si­ya­sı həm mən­ti­qin ümu­mi də­yiş­məz prin­sip­lə­rin­dən, həm də da­xi­li tən­zim­lə­mə­lər­dən ası­lı olan ifa­də ka­te­qo­ri­ya­la­rı­na gö­rə təş­kil edil­miş dü­şün­cə­ni təm­sil edir. Möv­cud şərt­lər di­lin uni­ver­sal­lı­ğı­nın əsa­sı­nı təş­kil edən ümu­mi prin­sip­lə­ri əxz et­mək­lə mən­tiq və de­duk­si­ya­dan is­ti­fa­də edib ümu­mi qram­ma­ti­ka üzə­rin­də iş­lə­mə­yi va­cib fak­to­ra çe­vi­rir­di.
Ümu­miy­yət­lə, o dövr­lər­də ümu­mi qram­ma­ti­ka­nın öy­rə­nil­mə­si bir növ zə­ru­rə­tə çev­ril­miş­di. Sil­vestr dö Sa­si Por-Ro­yal qram­ma­tik­lə­ri tə­rə­fin­dən in­ki­şaf et­di­ri­lən bu dü­şün­cə mək­tə­bi­nin bi­la­va­si­tə va­ri­si idi. O bir qram­ma­ti­ka mü­tə­xəs­si­si ki­mi bu prin­sip­lə­ri öz əsər­lə­ri­nə tət­biq et­miş­dir. Dö Sa­si öz ümu­mi qram­ma­ti­ka­sın­da sə­ləf­lə­ri­nin ir­sin­dən ye­tə­rin­cə fay­da­la­mış­dır. O, 1810-cu il­də Ərəb di­li­nin qram­ma­ti­ka­sı əsə­ri­ni nəşr et­di­rən za­man rep­re­zen­ta­si­ya nə­zə­riy­yə­si­ni ərəb di­li­nə tət­biq edə­rək müm­kün ol­du­ğu qə­dər ərəb di­li sis­te­mi­ni dil me­ta­fi­zi­ka­sı­nın ümu­mi qay­da­la­rı ilə uy­ğun­laş­dır­mış­dır. Bu­nun­la da, mü­əl­lif bü­tün dil­lə­rin məq­sə­di­nin ey­ni ol­du­ğu qə­naə­ti­nə gəl­miş­dir.

Dö Sa­si kom­pa­ra­tizm­dən tam im­ti­na et­mə­sə də, on­dan sis­tem­li şə­kil­də fay­da­lan­ma­mış, ori­ji­nal və mü­kəm­məl dil ide­ya­sı­na sa­diq qal­mış­dır.
İ.Ab­ba­sov təd­qi­qat və şərh pro­se­sin­də Sil­vestr dö Sa­si­nin dün­ya sa­mi­şü­nas­lı­ğın­da el­mi sam­ba­lı ilə se­çi­lən Ərəb di­li­nin qram­ma­ti­ka­sı əsə­ri­nin fo­ne­ti­ka bö­lü­mü­nü təh­lil edə­rək ora­dan la­zı­mın­ca  fay­da­lan­mış­dır. O, Dö Sa­si­nin 1799-cu il­də qə­lə­mə al­dı­ğı Ümu­mi qram­ma­ti­ka­nın prin­sip­lə­ri ki­ta­bın­dan yed­di fəs­li Azər­bay­can di­li­nə tər­cü­mə edə­rək təh­lil et­miş­dir. Bu fə­sil­lər qa­rı­şıq söz­lər, bö­yüt­mə və ki­çilt­mə də­rə­cə­lə­ri, za­man­lar,  fe­il­lə­rin şəxs­lə­ri, şə­kil­lə­ri, növ­lə­ri və el­lip­sis haq­qın­da­dır. Qeyd edək ki, Dö Sa­si­nin bu klas­sik əsə­ri haq­qın­da öl­kə­miz­də in­di­yə­dək nə­in­ki araş­dır­ma apa­rıl­ma­mış, ümu­miy­yət­lə, onun linq­vis­tik ir­si haq­qın­da la­zı­mın­ca mə­lu­mat be­lə ve­ril­mə­miş­dir. Əsər­də ümu­mi qram­ma­ti­ka prin­sip­lə­ri­nə əsas­lan­maq­la müx­tə­lif dil­lə­rə mü­ra­ci­ət edil­sə də, fran­sız di­li­nə da­ir nü­mu­nə­lər çox­luq təş­kil edir. Mə­sə­lən, Dö Sa­si pro­no­mi­nal si­fət­lə­ri, bağ­la­yı­cı si­fət­lə­ri, di­gər bir­ləş­di­ri­ci söz­lə­ri, in­kar, təs­diq və qa­da­ğa bil­di­rən zərf­lə­ri Qa­rı­şıq söz­lər (Mots mıx­tes) baş­lı­ğı al­tın­da nə­zər­dən ke­çi­rir. O, bə­zi söz­lə­rin sa­da­la­nan is­ti­lah­la­ra aid ol­du­ğu­nu, bə­zi­lə­ri­nin heç aid ol­ma­dı­ğı­nı, bə­zi­lə­ri­nin isə ey­ni za­man­da bir ne­çə­si­nə məx­sus­lu­ğu­nu qeyd edə­rək fran­sız di­lin­də mon, ton, son, not­re və s., mi­en, ti­en, si­en, nȏt­re ki­mi söz­lər­lə bağ­lı bə­zi mü­la­hi­zə­lər irə­li sü­rür. Bun­la­rı ümu­mi şə­kil­də yi­yə­lik əvəz­lik­lə­ri ad­lan­dır­maq olar. Əvəz­lik ad­lan­dı­rı­lan söz­lə­rə diq­qət edil­sə, ay­dın olar ki, on­lar bu­ra­da əvəz­lik yox, əvəz­lik­lər­lə si­fət­lər ki­mi əla­qə­yə gi­rən si­fət­lər­dir və s. İ.Ab­ba­sov Dö Sa­si­yə is­ti­nad edə­rək za­man şə­rai­ti­nin sub­yek­tin və at­ri­bu­tun ma­hiy­yə­tin­də heç nə­yi də­yiş­mə­di­yi­ni söy­lə­yir və be­lə qə­naə­tə gə­lir ki, də­yi­şən şey müb­tə­da­nın möv­cud­luq ide­ya­sı və onun at­ri­but­la əla­qə­si­dir. O qeyd edir ki, fe­il müb­tə­da­nın var­lı­ğı­nı və onun at­ri­bu­ta mü­na­si­bə­ti­ni bil­di­rir. Müb­tə­da və xə­bə­rin bir-bi­ri ilə mü­na­si­bə­ti­ni asan­lıq­la ayırd et­mək üçün bir çox dil­lər­də fe­il cins və kə­miy­yət də­yi­şik­lik­lə­ri­ni qə­bul edir. Bu hal nit­qin qav­ra­nıl­ma­sı­nı asan­laş­dı­rır, cüm­lə da­xi­lin­də konst­ruk­si­ya­ya da­ha çox sər­bəst­lik ve­rir, ahəng­dar­lıq re­surs­la­rı­nı sti­mul­laş­dı­rır.
Sil­vestr dö Sa­si­nin mü­qa­yi­sə­li dil­çi­li­yə ver­di­yi töh­fə­lə­rin in­ka­rı müm­kün­süz­dür. İ.Ab­ba­sov mü­qa­yi­sə­li fi­lo­lo­gi­ya­nın, xü­su­si­lə mü­qa­yi­sə­li dil­çi­li­yin tə­şək­kü­lün­də Dö Sa­si­nin ro­lu­nu müs­bət qiy­mət­lən­di­rir. O, çox haq­lı ola­raq mü­qa­yi­sə­li qram­ma­ti­ka­nı dil öy­rən­mə­nin baş­lan­ğı­cı he­sab edir və Sil­vestr dö Sa­si ki­mi elm xa­dim­lə­ri­nin əsər­lə­ri­nin mü­qa­yi­sə­li dil­çi­li­yin ye­ri­nin mü­əy­yən­ləş­di­ril­mə­sin­də mü­hüm rol oy­na­dı­ğı­nı söy­lə­yir. 
İ.Ab­ba­sov, XVI əsr­də Fran­sa­da ilk də­fə ola­raq ərəb di­li­nin qram­ma­ti­ka­sı­nı yaz­mış, Əh­di-Əti­qi ərəb di­li­nə, Qu­ra­nı isə la­tın di­li­nə çe­vir­miş, İs­lam və Şərq ədə­biy­ya­tı­nın pə­rəs­tiş­ka­rı Qi­yom Pos­te­lə ay­rı­ca bir fə­sil həsr et­miş­dir.
Oxu­cu ki­tab­da İ.Ab­ba­so­vun təq­dim et­di­yi Pat­rik Vayz­mə­nin dil­çi­li­yə da­ir ma­raq­lı mü­la­hi­zə və müd­dəa­la­rı ilə ta­nış ola­caq.  P. Vayz­mən bil­di­rir­di ki, dil­lər ne­cə var idi­sə, elə­cə də qal­mış­dır. O qeyd edir­di ki, mü­qəd­dəs ya­zı­lar­da və Ya­ra­dı­lış ki­ta­bı­na da­xil edil­miş er­kən fraq­ment­lər­də di­lin əsas struk­tu­ru tam­dır və s. Əs­ki abi­də­lər üzə­rin­də he­roq­lif­lər­lə ya­zıl­mış qə­dim mi­sir di­li­nin və Li­tur­gi­ya­nın ya­zıl­dı­ğı qib­ti di­li­nin üç min il­lik bir fa­si­lə­dən son­ra iden­tik ol­du­ğu təs­bit edil­miş­dir.

Bu­nu ən qə­dim yu­nan və la­tın ya­zı­çı­la­rı­nın ən ye­ni­lə­ri ilə mü­qa­yi­sə­sin­də də gör­mək olar.  Yu­na­nıs­ta­nın ro­ma­lı­lar tə­rə­fin­dən fət­hi La­si­yə (Qə­dim İta­li­ya­da yer adı – N.C.) mə­də­niy­yət  hey­kəl­ta­raş­lıq, rəs­sam­lıq, şe­ir, ta­rix, mə­də­niy­yət və elm gə­tir­sə də, la­tın di­li­nə ye­ni ça­lar­lar, çe­vik­lik və ener­ji bəxş et­sə də, onun qram­ma­tik struk­tu­ru­na tə­sir et­mə­miş­dir, yə­ni qram­ma­ti­ka­da za­man və təs­rif­lən­mə­yə heç bir əla­və­lər olun­ma­mış­dır.
Ki­ta­bın ana xət­ti­ni “Ame­de Jo­be­rin Türk di­li qram­ma­ti­ka­sı­nın əsas­la­rı­nın tər­cü­mə, təd­qi­qat və şərh”i təş­kil edir. A.Jo­be­rin təd­qi­qa­ta cəlb edi­lən ki­ta­bı üç his­sə, iyir­mi bir fə­sil­dən, möv­zu­lar üz­rə dia­loq­dan, lü­ğət­dən və ata­lar söz­lə­rin­dən iba­rət­dir. Bi­rin­ci his­sə­də fo­ne­ti­ka­dan – əlif­ba, hərf­lə­rin tə­ləf­fü­zü, tə­ləf­fü­zü şərt­lən­di­rən sa­it­lər və di­gər işa­rə­lər­dən, ey­ni za­man­da mor­fo­lo­gi­ya­dan – isim­lər, si­fət­lər, si­fə­tin mü­qa­yi­sə, azalt­ma və üs­tün­lük də­rə­cə­si, isim­lə­rin müx­tə­lif növ­lə­ri, fe­il­dən dü­zə­lən isim­lər, ki­çilt­mə bil­di­rən isim­lər, si­fə­tin mə­na­sı­nı qüv­vət­lən­di­rən ədat­lar və sai­rə­dən, say və say­la­rın növ­lə­ri, əvəz­lik və on­la­rın növ­lə­ri və di­gər mə­sə­lə­lər­dən; ikin­ci his­sə­də, əsa­sən, fe­il­lər­dən, on­la­rın müx­tə­lif mə­na, qram­ma­tik növ­lə­rin­dən, şə­kil­lə­rin­dən, təs­ri­fin­dən, ikin­ci­də­rə­cə­li sa­də fe­il­lər­dən, düz­gün və düz­gün ol­ma­yan fe­il­lər­dən, fei­lin qey­ri-mü­əy­yən for­ma­sın­dan, ce­rund və fei­li si­fət­dən, qoş­ma­lar­dan, zərf­lər­dən, ad­yek­tiv zərf­lər­dən, bağ­la­yı­cı­lar­dan, ni­da­lar­dan və s. bəhs olu­nur. Nə­ha­yət, üçün­cü his­sə cüm­lə konst­ruk­si­ya­sı­na, yə­ni sin­tak­si­sə həsr olun­muş­dur. Bu­ra­da söz­lər ara­sın­da­kı əla­qə­lə­ri bil­dir­mək üçün se­çil­miş ad qrup­lu söz­lə­rin və işa­rə­lə­rin uy­ğun­lu­ğun­dan, fe­il­lər haq­qın­da ümu­mi mü­la­hi­zə­lər­dən və s. bəhs olu­nur.
Be­lə­lik­lə, təq­dim olu­nan ge­niş həcm­li və də­rin məz­mun­lu mo­noq­ra­fi­ya el­mi san­ba­lı, linq­vis­tik mə­ziy­yət­lə­ri və fi­lo­lo­ji siq­lə­ti ilə na­dir ör­nək­lər­dən bi­ri­dir.  Zən­­gin linq­­vis­­tik-fi­­lo­­lo­­ji fakt­­la­r təq­dim edən bu möh­tə­şəm iş də­­yər­­li təd­­­qi­­qat­­lar üçün əvəz­­siz mən­­bə­­dir. On­­­dan ümu­mi dil­çi­lik və Türk-Azər­­bay­can di­li mü­tə­xəs­sis­lə­ri, şərq­şü­nas­lar, dil nə­­zə­­riy­­­yə­­­çi­­­lə­­­ri, kom­­­­pa­­ra­­ti­­vist­­lər, ro­man­şü­nas­lar, bir söz­lə, ən müx­tə­­lif pro­­­­fil­­­li­ dil­­çi-fi­­lo­­­loq­­­lar, təd­­qi­­qat­­çı­­lar, mü­əl­­­lim-pe­­da­­qoq­­lar ­fay­­da­­la­­na bi­­lər­­lər.
Son­da onu da vur­ğu­la­maq is­tə­yi­rəm ki, bir dil­çi, fi­lo­loq və şərqşünas ki­mi İdris Abbasov öz fədakar əməyi sayəsində əsərlərinə yeni ruh verdiyi  Mir­zə Kazım bəy, An­tu­an Sil­vestr dö Sa­si, Pyer Ame­de Jo­ber və di­gər ko­ri­fey­lər­lə bir sı­ra­da da­yan­ma­ğa la­yiq­dir.
 
N İ Z A M İ   C Ə F Ə R O V
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,       
əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor

Demokratikmusavat.com 
 
 
 
 

0.15608811378479