Pentaqon: ABŞ Yaxın Şərqə minlərlə əsgər və qırıcılar göndərəcək

 

İsrailin Qəzza, Livan, Yəmən və Suriyaya hücumları artmaqda davam edərkən, ABŞ tərəfindən Yaxın Şərqdə müharibəni genişləndirəcək bir qərar verilib. 

Demokratikmusavat.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) bu qərarını   Sabrina Sinq açıqlayıb.
Onun sözlərinə görə,  Pentaqon regionda təcavüzün qarşısını almaq və daha geniş regional müharibə riskini azaltmaq üçün Yaxın Şərqdəki ABŞ qüvvələrinin güc mövqeyini daha da gücləndirmək üçün addımlar atır.

Bölgede bulunan ve rotasyonu gelen USS Abraham Lincoln uçak gemisi filosunun yerinde kalması talimatının verildiğini

Bölgədə olan USS Abraham Lincoln təyyarə gəmisi donanmasının yerində qalması ilə bağlı təlimat verildiyini deyən Sinq əlavə edib ki,  hava hücumundan müdafiəni gücləndirmək üçün mövcud hərbi varlığa əlavə olaraq, F-15E Strike Eagle, F-16, A-10 və F-22 döyüş təyyarələri və onlara dəstək olmaq üçün bir neçə min personalın göndəriləcək

Sinq onu da bildirib ki,  hadisələrin  gözlənilməz inkişafının qarşısını alıb buna cavab vermək üçün hərbi birləşmələrinin hazırlıq səviyyəsi də artırılıb.

Mürtəza
Demokratikmusavat.com

0.83452105522156