"Tehran regionu müharibəyə sürükləyir" - Netanyahu İran xalqına müraciət edib

 

İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına hakimiyyətin regionu müharibəyə sürüklədiyi barədə xəbərdarlıq edib.

APA-nın “Times of Israel”ə istinadən xəbərinə görə, o, bu fikirləri bu gün İran xalqına müraciətində səsləndirib.

Baş nazir vurğulayıb ki, İranda xalq hökumətin onlara laqeyd yanaşmasından xəbərdardır. Netanyahunun sözlərinə görə, hər iki xalq arasında dostluq yalnız İranda hakimiyyət dəyişikliyindən sonra mümkün olacaq:

“İranla İsrail arasında sülh bu ölkənin beş kontinentdə qurduğu terror şəbəkəsi çökdürüləndən sonra əldə olunacaq. Həmin vaxtdan ölkələrimiz qlobal investisiyalar, turizm, texnoloji innovasiya və digər sahələrdə əməkdaşlıq edəcək, İranın Qumdan İsfahana, Şirazdan Təbrizədək inkişafı təmin olunacaq. İranda hakimiyyət dəyişdikdən sonra on milyonlarla insanın xoşbəxt gələcəyi təmin olunacaq. İran xalqı bilsin ki, İsrail dövləti və xalqı daim onların yanındadır. Sizin “Hizbullah”ı dəstəkləmədiyiniz mənə yaxşı məlumdur”.

Qeyd edək ki, bundan əvvəl Netanyahu İran xalqına 2018-ci ildə müraciət etmişdi.

Demokratikmusavat.com

0.17540884017944