Sabahdan Azərbaycan paytaxtında 60 nömrəli müntəzəm marşrut xətti "BakuBus MMC-nin istismarında olacaq.
Demokratikmusavat.com bu barədə şirkətə istinadən xəbər verir.
Xatırladaq ki, sözügedən marşrut xətti Bakının Xətai rayonunun Polad Həşimov küçəsi ilə metronun "Koroğu" stansiyasını birləşdirir.
Bundan başqa, sabahdan "Koroğlu" ilə paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsini birləşdirən 172 nömrəli müntəzəm marşrut xətti dəyişdirilərək 150 nömrəli marşrut xətti kimi "BakuBus"un istismarında olacaq.