Pezeşkian Nyu-Yorkdan 1100 tarixi lövhəni ölkəsinə qaytarıb

 

ran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkdan 1100 tarixi lövhəni ölkəsinə qaytarıb.

Demokratikmusavat.com Report-a istinadən xəbər verir ki, lövhələr bizim eradan əvvəl V əsrdə Əhəmənilər imperiyasının hökmdarı I Daraya məxsus olub.

Lövhələrin qaytarılması İranın Xarici İşlər və Mədəni İrs nazirlikləri ilə ABŞ-nin Çikaqo Universiteti və ABŞ Prezidentinin hüquq şöbəsi arasında intensiv danışıqlardan sonra baş verib.

Bu lövhələr çox vaxt mixi yazı ilə elam və ya aramey dillərində yazılıb. Müxtəlif forma və ölçülərdədir. Mövzuları əsasən resursların idarə edilməsi, yollar, sosial münasibətlər, əsas həyat ehtiyacları, əməkhaqqı və Əhəməni cəmiyyətinin iqtisadiyyatı ilə bağlıdır.

Məsud Pezeşkian BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərində səfərdə olub. O, səfərdən dönərkən həmin tarixi abidələri ölkəsinə gətirib.

0.15422701835632