Rusiya ordusu Türkiyənin pilotsuz uçan aparatlarının mühərriklərini istehsal edən fabrik "İsgəndər" raketi ilə vurulub.
Demokratikmusavat.com xəbər verir ki, nəticədə fabrikdə böyük dağıntılar baş verib.
"GDH Defence"in yazdığına görə, Ukraynanın Zaporojye bölgəsindəki “Motor Sich” fabriki “İskəndər-M” ballistik raketi ilə hədəfə alınıb.
Rusiya ordusunun hücumu zamanı PUA-lar üçün komponentlər, xüsusilə də Aİ-450 mühərrikləri istehsal edən sexin zədələndiyi bildirilir.
"Motor Sich"in törəmə şirkəti "İvçenko-Progress" tərəfindən istehsal edilən bu AI-450 seriyalı turbovintli mühərriklər BAYKAR tərəfindən hazırlanmış AKINCI PUA-larda istifadə olunur.
AI-450 xüsusi olaraq PUA-lar üçün nəzərdə tutulmuş turbovintli mühərrikdir.
Mürtəza
Demokratikmusavat.com