ABŞ ilə İran arasında tarixi razılaşma

 

İranın 1936-cı ildə tədqiq edilməsi üçün ABŞ-yə göndərdiyi Əhəmənilər (Fars) İmperiyası (e.ə. 550-330) dövrünə aid 1100 ədəd tarixi lövhə ölkəyə qaytarılıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, Əhəmənilər dövrünə aid 1100 tarixi lövhələr prezident Məsud Pezeşkiyanın təyyarəsi ilə İrana gətirilib.

Geri qaytarılan tarixi əsərlər haqqında məlumat verən mədəni irs, turizm və əl işləri nazirinin müavini Əli Darabi deyib ki, bu əsərlər 1932-ci ildə Persepolis ətrafında aparılan arxeoloji qazıntıları zamanı aşkar edilib və 1936-cı ildə tədqiqat məqsədilə xaricə aparılıb. 

O əlavə edib ki, geri qaytarılan lövhələrdə iranlıların Əhəmənilər dövründəki həyatını təsvir edən mövzular əks olunub, mixi və elam əlifbası ilə yazılıb.

Mürtəza
Demokratikmusavat.com

0.15704584121704