Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Erməni tərəfi Bakıda COP29-a qədər sülh müqaviləsinin artıq razılaşdırılmış maddələrini imzalamağa hazırıq.
Demokratikmusavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT-nin 79 Baş Assambleyası çərçivəsində keçirlən tədbirdə çıxışı zamanı deyib.
Paşinyan rəhbərlik etdiyi hökumətin Cənubi Qafqazda münaqişələrlə bağlı səhifəni bağlamağa və mövcud dinamikanı firavanlıq, sabitlik və sülh naminə əməkdaşlığa çevirməyə sadiq oluduğnu dilə gətirib.
"Biz müsbət impulsdan istifadə etməyə və 1991-ci il Alma-Ata Bəyannaməsini əsas götürərək delimitasiya komissiyalarımız arasında normativ sənədlər əsasında sərhədlərin delimitasiyası prosesini davam etdirməyə hazırıq", - o qeyd edib.
Mürtəza
Demokratikmusavat.com