“Mafiya dövlətini mafiya imperiyasına çevirmək istədiniz” – Britaniyanın XİN başçısı Putini ittiham etdi

 

Böyük Britaniyanın Xarici İşlər naziri Devid Lemmi BMT Baş Assambleyasının iclasında birbaşa Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Lemmi Ukraynaya qarşı işğalçılıq müharibəsini başladığına görə şəxsən Putini ittiham edib və onun hakimiyyətini korrupsiyalaşmış mafioz dövlət adlandırıb: “Sizin Ukraynaya müdaxiləniz şəxsi maraqlarınız üçün idi. Yalnız sizin maraqlarınız. Mafiya dövlətinizi mafiya imperiyasına çevirmək üçün idi. Korrupsiya üzərində qurulmuş imperiya...”

 

0.15712118148804