Türkiyə Rusiyaya qarşı sanksiyaların xarici iqtisadi əlaqələrdə yaratdığı problemlərlə əlaqədar bu ölkəyə milli valyuta ilə ticarət aparmağı təklif edib.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu Rusiyada səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib.
O, Qərbin sanksiyalarının yaratdığı vəziyyətdən çıxış yollarının axtarılmasını təklif edib.
“Rusiyaya qarşı birtərəfli qaydada sanksiyalar tətbiq edilib. Hazırda dünya bank sistemi bir neçə güclü qüvvənin əlindədir və buna görə də məsələn, Rusiya ilə iqtisadi əlaqələr qurmaq istəyən ölkələrin ödəniş sistemi üçün çox çətin vəziyyət yaranır. Bütün bunlar ticarət dövriyyəsinin səviyyəsini azaldır. Ona görə də biz mütləq bu vəziyyətdən çıxış yolu tapmalıyıq. Bu, milli valyuta ilə ticarət və sərmayə ola bilər”, – sədr qeyd edib.