Pekindən Vaşinqtona etiraz: Ölkələr və şirkətlər arasında ayrı-seçkiliyə yol verir

 

ABŞ Ticarət Nazirliyinin Rusiya və Çin mənşəli proqram təminatının Amerika yollarında avtomobillərdə istifadəsinə qadağa qoyması qlobal təchizat zəncirlərinə zərər verəcək.

Demokratikmusavat.com Musavat.com-a istinadla xəbər verir ki, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian deyib.

O, ABŞ-ı ölkələrə ayrı-seçkilik qoymaqda suçlayıb: "Birləşmiş Ştatlar bir sıra konkret ölkələrin şirkətlərinə və məhsullarına qarşı ayrı-seçkilik tətbiq edərək, ÜTT-nin əsas prinsiplərini pozaraq, beynəlxalq ticarət, investisiya, qlobal istehsal və təchizat zəncirinin sabitliyinə xələl gətirir. Amerika hakimiyyətinin bu cür hərəkətləri son nəticədə Birləşmiş Ştatların özünün maraqlarına zərər verəcək”.

Lin Jian bildirib ki, Pekin Vaşinqtonu milli təhlükəsizlik bəhanəsi ilə digər ölkələrin müəssisələrinin sıxışdırılmasını dayandırmağa və açıq, şəffaf və ayrı-seçkiliyə yol verməyən biznes mühiti yaratmağa çağırır.

Birləşmiş Ştatların Ticarət Departamenti daha əvvəl milli təhlükəsizlik baxımından Amerika magistrallarında internetə qoşulan avtomobillərdə Rusiya və Çin proqram təminatı və avadanlıqlarının istifadəsini qadağan etmək niyyətində olduğunu açıqlayıb. Təklif 2027-ci ildən proqram təminatına qadağa tətbiq edəcək, texniki təminat qadağası isə 2029-cu ilin yanvarından qüvvəyə minəcək. Qaydalar kənd təsərrüfatı və dağ-mədən avadanlıqlarına şamil edilməyəcək. Qərar 2025-ci il yanvarın 20-dək yekunlaşacaq. Mütəxəssislər artıq avtomobildə texniki və proqram təminatının dəyişdirilməsinin müəyyən vaxt aparacağını bildiriblər.

0.16833400726318