Azərbaycan serialındakı bu səhnə 7 günə çəkilib - VİDEO

 

İTV-də yayımlanan “Vətəndaş A” serialı ilk bölümü ilə diqqət çəkməyi bacarıb.

Demokratikmusavat.com xəbər verir ki, OLAY-ın əldə etdiyi məlumata görə, erkən nikah mövzusuna toxunan layihədə bəzi səhnələr çətinliklə çəkilib.

Ekran işinin ilk bölümündə müəllimin rayona gəldiyi avtobus səhnəsi üç bölgədə - Şamaxı, Lahıc və Daşkəsəndə lentə alınıb.

Bir neçə dəqiqəlik səhnə 7 gün ərzində çəkilib.

Qeyd edək ki, Cəfər Cabbarlının ölməz “Almaz” pyesinin motivləri əsasında müasir dövrə adaptasiya formasında çəkilmiş “Vətəndaş A” serialı SFN film tərəfindən istehsal olunub. Ekran işinin prodüseri Sevinc Əliyeva, rejissoru Elvin Rüstəmzadədir.

 

0.18423295021057