Çexiyada daşqınlar səbəbindən 21 mindən çox insan təxliyə edilib

 

Çexiyada daşqınlar səbəbindən 21 mindən çox insan təxliyə edilib.

Demokratikmusavat.com "Report" -a istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Vit Rakuşan böhran qərargahının iclasından sonra deyib.

Son məlumatlara görə, beş nəfər ölüb, səkkiz nəfər itkin düşüb.

"Hərbi helikopterlər əraziyə 59,4 ton humanitar yardım çatdırıb. Ümumilikdə 21 488 nəfər təxliyə, 1516 nəfər isə xilas edilib", - nazir bildirib.

Əlverişsiz hava şəraiti səbəbindən 260 minə yaxın ev işıqsız qalıb, avtomobil və dəmir yollarının hissələri zədələnib.

0.16961908340454