"Bizim araşdırmamıza əsasən, qatarlarda gecikmələr daha çox Sumqayıt - Pirşağı - Bakı marşrutunda olur. Bunun əsas səbəbi sərnişinlər tərəfindən qapıların saxlanılmasıdır".
Demokratikmusavat.com xəbər verir ki, bu fikirləri Oxu.Az-ın sualına cavab olaraq Azərbaycan Dəmir Yollarının Sərnişin Daşıma Departamentinin rəhbəri Azər Fərəcov bildirib.
O qeyd edib ki, bu məsələ sıxlıq səbəbindən yaranır:
"Qapılar saxlanıldıqda qatarlarda texniki problemlər yaranır".