Paşinyan restoranda Azərbaycan musiqisini SİFARİŞ VERİB? - VİDEO

 

Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi Instaqram hesabında həyat yoldaşı ilə Ermənistanda restoranların birində video çəkib. 

Demokratikmusavat.com xəbər verir ki, görüntülərdə maraqlı məqam diqqəti çəkib. Fonda azərbaycanlı şanson ifaçı Nazim Pişyarinin "Faytonçu" musiqisinin dəyişilmiş forması səslənib.

Məlum olduğu kimi, Nikol Paşinyanın getdiyi məkanlar öncədən rezerv olunur, təhlükəsizlik təminatı, yemək menyusu və dinləyəcəyi musiqilər öncədən tərtib edilir. Bu səbəbdən onun Azərbaycan musiqisi sifariş verdiyi düşünülüb.

 "Faytonçu" Nazim News24.az-a açıqlamasında deyib ki, sözügedən musiqinin kökü yunanlara gedib çıxır.

"Mərhum Xalq artisti Rafael Dadaşov belə bir musiqini mənim üçün tövsiyə edib. O zaman biz bəstənin tam Azərbaycan versiyasını hazırladıq.  Bakıda fayton olduğundan belə bir mahnını ərsəyə gətirdik və dinləyicilərin ürəyincə oldu.Yəni, bu bəstəkar mahnısı deyil və yunan mahnısıdır. Buna oxşar mahnı Rusiyada da var. Yəqin ki, ermənilər də bunu öz versiyalarında oxuyublar”.

0.18150591850281