Makronun qürub çağı - Reytinq problemi yaşayır

 

Fransa Prezidenti Emmanuel Makronun reytinqi 2018-ci ildən bəri ən aşağı səviyyəyə çatıb.

Demokratikmusavat.com ” xəbər verir ki,  bu barədə “Le Journal du Dimanche” Fransa İctimai Rəy İnstitutunun ictimai rəy sorğusuna istinadən yazır.

Məlum olub ki, sorğuda iştirak edənlərin yalnız dörddə biri Makronun ölkə prezidenti kimi fəaliyyətindən razı qalıb, respondentlərin 75 faizi isə Makronun prezidentlik fəaliyyətini mənfi qiymətləndirib. Sorğuda təxminən 2,1 min yetkin fransızın iştirak etdiyi bildirilib.

Maraqlıdır ki, Fransa dövlət başçısına qarşı əsas şikayətlər onun xalqın fikrinə hörmətsizlik etməsi və ölkədə xaosa səbəb olan parlamentin buraxılmasıdır.(Qafqazinfo)

0.18456196784973