Rusiyanın "RS-28 Sarmat" qitələrarası nüvə raketi sınaq zamanı buraxılış quyusundaca partlayıb.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Əcnəbi analitiklərin fikrincə, "Sarmat"ın sonuncu uğurlu sınağı 20 aprel 2022-ci ildə baş tutub.
Təxminən sentyabrın 20-si və ya 21-i keçirilən Plesetsk kosmodromu yaxınlığındakı sınaqlarda isə raket buraxılış quyusundaca partlayıb və özündən sonra nəhəng krater izi buraxıb.
İddialara görə, bu, raketin dördüncü uğursuz sınağıdır.(Oxu.Az)