6 yaşında itkin düşdü, 73 il sonra tapıldı

 

1951-ci ildə 6 yaşında ikən Kaliforniyada qaçırılan Luis Armando Albino 73 il sonra ailəsinə qovuşub.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Oklend şəhərində 6 yaşında ikən parkdan qaçırılan Luis Armandonun hazırda 79 yaşı var.

Məlum olub ki, o, 10 yaşlı qardaşı Rocerlə oynayarkən bir qadın tərəfindən qaçırılıb.

Luis daha sonra Nyu-Yorkda bir cütlük tərəfindən övladlığa götürülüb.
Anası oğlunu tapmaq ümidini heç vaxt itirməsə də, o, 2005-ci ildə 92 yaşında dünyasını dəyişib.

İllər sonra Luisin qardaşı qızı Alida Alekuin DNT testi və qəzetdən kəsilən fotolar sayəsində əmisini tapa bilib.

Bu işdə Alidaya Ədliyyə Nazirliyi, FTB və yerli polis də kömək edib.

Luis və onun 83 yaşlı qardaşı Rocer 73 ildən sonra tanış olublar. Onlar qovuşduqdan qısa müddət sonra qardaşı Rocer xərçəng xəstəliyindən dünyasını dəyişib.

Luisin qaçırıldıqdan yanğınsöndürən işləyib, Vyetnamda xidmət edib, hətta ata və baba olub.

"Nənəm həmişə onun sağ olduğuna inanırdı. O ümidini məzara qədər apardı. Ailəmiz üçün bunu edə bildiyimə görə çox şadam. Bu, çox xoşbəxt sondur" - Alida deyib.

FTB itkin düşmüş şəxs işini bağlasa da, adam oğurluğu faktını hələ də araşdırır. Luisin hansı şəraitdə oğurlanması və Nyu-Yorkdakı həyatı ilə bağlı hələ də cavabsız qalan suallar var.

Billurə Yunus

0.17741394042969