Pavel Durov Moskva ilə əlaqələrdən imtina edib?

 

Fransa hakimiyyəti Rusiya tərəfinə bildirib ki, bir neçə il əvvəl Fransa vətəndaşlığı alan "Telegram"ın qurucusu Pavel Durov Moskva ilə əlaqələrə maraq göstərməyib.

Demokratikmusavat.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bunu Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov "Rossiya-24" telekanalına müsahibəsində bildirib.

"Fransızlar Durov məsələsinə Fransa dövlətinin öz vətəndaşı ilə münasibətləri kimi yanaşırlar. Buna görə də, müvafiq materialların təqdim edilməsi ilə bağlı dəfələrlə müraciət etməyimizə baxmayaraq, rədd cavabı almışıq. Eyni zamanda, Durovun bizimlə əlaqələrə maraq göstərmədiyi deyildi", - deyə diplomat bildirib.

Xatırladaq ki, avqustun 24-də Durov Le Burje hava limanında saxlanılmışdı. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Parisdəki Rusiya diplomatları Durovun saxlanılması ilə bağlı vəziyyətdə bütün lazımi addımları atıblar.

0.1543390750885