Livanın Baş naziri Nəcib Mikati hökumətə ölkənin İsraillə müharibəyə hazır olması ilə bağlı xüsusi tapşırıq verib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Böhran Vəziyyətinin və Müharibənin Fəsadlarının Qarşısının Alınması üzrə Komitənin iclasından sonra ölkənin ətraf mühit naziri Nasir Yasin bildirib.
O deyib ki, hazırda ölkədə üç aylıq ərzaq ehtiyatı var, üstəlik Livana 40 min tondan çox dənli bitliklər və un gətirməli olan gəmi yaxın günlərdə təyinat nöqtəsinə çatacaq.
N.Yasinin sözlərinə görə, ehtiyac yarandıqda humanitar yardım qismində ölkəyə gətirilən 50 min ədəd ərzaq bağlaması əhaliyə paylanacaq. Ətraf mühit naziri onu da əlavə edib ki, toplantıda logistik məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.