Paralel.az " axar ..."> Paralel.az " axar ...">

Blinkendən Livandakı partlayışlara reaksiya

 

ABŞ Dövlət katibi Entoni Blinken Livanda peycerlərin kütləvi partlamasına münasibət bildirib.

Demokratikmusavat.com axar.az-a istinadən xəbər verir ki, Blinken mətbuat konfransında hadisənin hansı səbəbdən baş verdiyinin tam aydınlaşdırılmalı olduğunu və ABŞ-ın bunu araşdırmağa davam etdiyini deyib.

"Hadisənin nələrə gətirib çıxaracağını və Hizbullah hərəkatının fəaliyyətinə necə təsir edəcəyini bilmirəm", - o əlavə edib.

Qeyd edək ki, dünən Livanın paytaxtı Beyrutda peycerlərin partlaması nəticəsində 12 nəfər ölüb, 4 min nəfər yaralanıb. Yaralananlar arasında İranın Livandakı səfiri Müctəba Amani də var.

Peycerlərin İsrailin kiber-hücumu nəticəsində partladığı bildirilir.

Partlayışlar bu gün də davam edib və 9 nəfər ölüb, 300 nəfər yaralanıb.

0.14688611030579